Icma.az
close
up
RU
Tramp “Qızıl Donanma” planını açıqladı: ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni “döyüş gəmisi”

Tramp “Qızıl Donanma” planını açıqladı: ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni “döyüş gəmisi”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələri üçün yeni, iri hərbi gəminin inşasını nəzərdə tutan iddialı planını elan edib. “Qızıl Donanma” adlandırılan konsepsiya çərçivəsində tikiləcək bu gəmi Tramp tərəfindən “döyüş gəmisi” kimi təqdim olunub.

Bizimyol.info xəbər verir ki, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında çıxış edən Tramp bildirib ki, yeni gəmilər indiyədək tikilmiş bütün döyüş gəmilərindən daha sürətli, daha böyük və “qat-qat güclü” olacaq. Onun sözlərinə görə, ilk gəmi "USS Defiant" adlanacaq və İkinci Dünya müharibəsi dövrünün “Ayova” sinifli döyüş gəmilərindən daha iri ölçülərə malik olacaq.

Trampın iddiasına əsasən, gəmi hipersəs raketləri, nüvə qanadlı raketləri, rels topları və yüksək güclü lazer sistemləri ilə silahlandırılacaq. Lakin bu texnologiyaların əksəriyyəti hələ də ABŞ Hərbi Dəniz Qüvvələrində inkişaf mərhələsindədir.

Qeyd edək ki, bu açıqlama donanmanın cəmi bir ay əvvəl yeni kiçik döyüş gəmisi layihəsindən gecikmələr və xərclərin artması səbəbilə imtina etməsindən sonra verilib. Donanma son illər “Ford” sinifli aviadaşıyıcılar və “Kolumbiya” sinifli sualtı qayıqlar kimi layihələri də vaxtında və büdcə çərçivəsində tamamlamaqda çətinlik çəkib.

Mütəxəssislər Trampın sadaladığı texnologiyaların praktik tətbiqinin problemlərinə də diqqət çəkirlər. ABŞ donanması rels topu layihəsinə 15 ildən çox və yüz milyonlarla dollar xərcləsə də, 2021-ci ildə proqram dayandırılıb. Lazer silahları müəyyən gəmilərdə tətbiq olunsa da, hələlik məhdud imkanlara malikdir. Nüvə qanadlı raketlərin gəmilərdə yerləşdirilməsi isə beynəlxalq silahların yayılmaması razılaşmalarına zidd ola bilər.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, yeni gəminin dizayn işlərinə artıq başlanılıb, tikintinin isə 2030-cu illərin əvvəlində başlaması planlaşdırılır.

“Qızıl Donanma” üçün yaradılmış rəsmi sayta görə, yeni “idarə olunan raketli döyüş gəmisi” təxminən “Ayova” sinfi gəmilərlə eyni ölçüdə olacaq, lakin çəkisi təxminən 35 min ton – yəni yarı qədər az olacaq. Ekipaj sayı da xeyli ixtisar edilərək 650–850 nəfər arasında nəzərdə tutulur. Əsas silahlanma iri toplar deyil, raketlər olacaq.

Tramp donanmanın dizayn məsələlərinə şəxsi marağı ilə də tanınır. O, əvvəlki prezidentliyi dövründə müasir elektromaqnit katapultları əvəzinə buxarla işləyən köhnə sistemlərin qaytarılmasını təklif edib, həmçinin gəmilərin xarici görünüşünü və paslanmasını tənqid edib. Tramp yeni döyüş gəmisinin dizaynında da birbaşa iştirak edəcəyini bildirib.

Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanın sözlərinə görə, "USS Defiant" xarici limanlara daxil olarkən “ABŞ bayrağına hörmət və heyranlıq hissi oyadacaq”.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Dekabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri