Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışı aparıb
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni təlim dövrünün başlaması ilə Qazaxıstan Hərbi Dəniz Qüvvələri genişmiqyaslı döyüş hazırlığı yoxlanışından keçir.
AZƏRTAC Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Aktau qarnizonunda dəniz piyadaları və digər birləşmələr də daxil olmaqla 1500-ə yaxın hərbi qulluqçu həyəcan siqnalı ilə qaldırılaraq, ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Gəmilərin bazasında döyüş hazırlığının müxtəlif aspektləri, o cümlədən təxribat əleyhinə tədbirlər və taktiki əməliyyatlar yoxlanılıb.
Gəminin ekipajları döyüşə yaxın şəraitdə səmərəli fəaliyyət göstərmək bacarıqlarını nümayiş etdirərək, Xəzər dənizinə açılıblar. Dəniz piyadaları desant-hücum batalyonunun hərbçiləri yüksək hazırlıq nəticələri göstərib.
Hərbi Dəniz birləşmələrinin qüvvələri və aktivləri geniş ssenarilər çərçivəsində yoxlamadan keçirilir. Bu, şəxsi heyətin fövqəladə hallarda fəaliyyət göstərilməsi ilə bağlı vərdiş və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















