Icma.az
close
up
RU
Tramp: “Rodriqeslə yaxşı anlaşırıq”

Tramp: “Rodriqeslə yaxşı anlaşırıq”

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, müvəqqəti olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes belə deyib.
“Bu gün mənim ABŞ prezidenti Donald Trampla qarşılıqlı hörmət şəraitində keçirdiyim uzun və məhsuldar telefon danışığında iki dövlətin xalqlarının maraqları naminə ikitərəfli əməkdaşlıq gündəliyi, həmçinin Karakas və Vaşinqton hökumətləri arasında münasibətlərdə həll olunmamış məsələlər müzakirə edildi”, - xanım Rodriqes öz Telegram-kanalında yazıb.
Amerika lideri jurnalistlərə açıqlamasında Delsi Rodriqeslə telefon danışığı apardığını təsdiqləyib.
- Gözəl söhbətimiz yalnız bu gün baş tutdu. O, gözəl insandır. Biz birlikdə çox yaxşı işləyirik. Onunla Dövlət katibi Marko Rubio onunla işləyir. Bu səhər mən də onunla təmas qurdum. Uzun telefon danışığımız oldu. Bir çox məsələləri müzakirə etdik”, - Donald Tramp deyib.
Senat Trampın Venesuela siyasətini dəstəklədi Ağ Evin rəhbəri Karakasda Vaşinqtonla əməkdaşlığa meyl göstərməyən qüvvələrin ola biləcəyi ilə bağlı ehtimalı şərh edərək, Venesuela ilə “yaxşı anlaşdığını” vurğulayıb.
“Reuters”ə müsahibəsində Rodriqesin gələcəkdə ABŞ-yə səfərə gəlməyi planlaşdırdığını deyən Tramp, özünün də Venesuelaya gedə biləcəyini istisna etməyib.
“İnanıram ki, o, nə vaxtsa ABŞ-yə gəlməyi planlaşdırır və mən də onların ölkəsinə gedəcəyəm. Rodriqueslə iş aparmaq çox yaxşıdır. Lakin səfər planları qısamüddətli perspektivə aid deyil”, - ABŞ prezidenti bu məsələyə aydınlıq gətirib.
“TruthSocial” sosial şəbəkəsindəki paylaşımında isə Tramp Venesuela prezidentinin nümayəndəsi ilə neft, minerallar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.
- Biz Venesuelanın sabitləşməsinə və bərpasına dəstək verməkdə böyük irəliləyiş əldə edirik. Biz neft, qalıq yanacaq, ticarət və təbii ki, milli təhlükəsizlik də daxil olmaqla geniş mövzularla bağlı müzakirə apardıq”, - Amerika lideri yazıb.
Maralıdır ki, bu arada Ağ Ev ABŞ prezidentinin yanvarın 15-də Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu Vaşinqtonda qəbul edəcəyini açıqlayıb. Görüş Oval kabinetdə deyil, Ağ Evin şəxsi qonaq otağında keçiriləcək və danışıqların nahar zamanı baş tutması mümkündür.
Yeri gəlmişkən, bundan əvəvl ABŞ Senatı prezident Tramp administrasiyasından qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməmək tələbini nəzərdə tutan qətnaməni bloklayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri