Fərid Qayıbov Paulo Rodriqeslə görüşdü
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.
Futbolpress.az xəbər verir ki, qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola Gənclər və İdman Nazirliyinin İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo iştirak ediblər.
Baxış sayı:75
Bu xəbər 24 Aprel 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















