Tramp: Rusiya ilə danışıqlar nəticə verməsə, sanksiyaları dərhal sərtləşdirəcəyəm
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar nəticə verməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları istənilən vaxt sərtləşdirməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Rusiyaya qarşı yeni sanksiyaların niyə tətbiq edilmədiyinə dair sualını cavablandırarkən danışıb.
“Yeri gəlmişkən, bunu istənilən vaxt, dərhal etmək səlahiyyətim var. Ona görə də danışıqlar nəticə verməsə, hər zaman bu addımı ata bilərəm”, – ABŞ Prezidenti vurğulayıb.
Tramp yeni sanksiyaların tətbiqini təxirə salmasının əsas səbəbinin Moskva ilə davam edən danışıqlar olduğunu bildirib.
“Danışıqlar apardığınız vaxt belə addımlar atmırsınız”, – o qeyd edib.
ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton və Moskva ilk növbədə Ukraynadakı müharibənin dayandırılmasını müzakirə edirlər. Bununla yanaşı, tərəflər Rusiyada saxlanılan ABŞ vətəndaşlarından birinin azad olunması və İranla bağlı məsələlər üzrə də təmasları davam etdirirlər.
Tramp Respublikaçılar Partiyasının üzvlərinin əksəriyyətinin sanksiyaların hələlik tətbiq edilməməsi qərarını anlayışla qarşıladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 20 Oktyabr 2026 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















