Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların hazırda müzakirə olunmadığını desə də, gələcəkdə bu sanksiyaların ləğv oluna biləcəyini qeyd edib.
Reyting.az xəbər verir ki, jurnalistlər ABŞ prezidentinə Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar çərçivəsində Rusiya Federasiyasına qarşı sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı sual ünvanlayıb.
“Xeyr, hələ heç kim sanksiyaları qaldırmayıb. Düşünürəm ki, nə vaxtsa olacaq, amma hələ yox”, - deyə Tramp cavab verib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümündə Böyük Britaniya son üç ildə Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təqdim edib. Sanksiyalar Rusiya Federasiyasının “hərbi xəzinəsinə daxil olan vəsaitlərə”, “Rusiyanın hərbi maşınına, onu dəstəkləyən üçüncü ölkələrdəki təşkilatlara və arxalandığı kövrək təchizat şəbəkələrinə” qarşı yönəlib.
Avstraliya və Yeni Zelandiya da Rusiyaya güclü sanksiyalar tətbiq edib. Bundan əlavə, Avropa İttifaqı Şurası iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərin genişmiqyaslı 16-cı paketini təsdiqləyib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Rusiyaya sanksiyaların ləğvi ilə bağlı açıqlama Qərar verildi
27 Mart 2025 19:47
Rusiyaya qarşı sanksiyaların ləğvi imkanları müzakirə edilib
20 Fevral 2025 08:04
Tramp Macarıstana Rusiyaya qarşı sanksiyaların uzadılmasına dəstək verib
28 Yanvar 2025 08:13
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
12 Aprel 2025 20:44
Baxış sayı:99
Bu xəbər 26 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















