Tramp seçki məğlubiyyətində İran müharibəsinin rolunu etiraf edib
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə təsir göstərən amillərdən biri olduğunu bildirib.
Banco.az xəbər verir ki, Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində danışıb.
Jurnalistin İranla müharibənin seçki nəticələrinə təsir edib-etmədiyi ilə bağlı sualına cavab verən prezident “İran bunun bir hissəsi idi” deyib.
Bununla belə, Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı qərarından peşman olmadığını vurğulayıb. O, düzgün addım atdığını və zərurət yaranacağı təqdirdə eyni qərarı yenidən verəcəyini bildirib.
Prezident seçkilərə təsir edən əsas amillərdən birinin müharibənin neft qiymətlərinə təsiri olduğunu düşündüyünü də qeyd edib. Tramp həmçinin öz adının seçki bülletenində yer almamasını Respublikaçılar üçün çətinlik yaradan məqamlardan biri kimi göstərib.
Tramp seçkilərin nəticələrindən sonra administrasiyasında kadr dəyişiklikləri etməyi düşünmədiyini bildirib. O, ABŞ-ın müdafiə naziri Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirərək onun yaxşı iş gördüyünü deyib.
Prezident seçkilərin nəticələrinə etiraz etməyəcəyini və Demokratlarla əməkdaşlığa hazır olduğunu da vurğulayıb. Bununla yanaşı, zəruri hesab etdiyi məsələlərdə veto hüququndan istifadə edəcəyini bildirib.
Baxış sayı:41
Bu xəbər 04 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















