Tramp seçkiləri uduzduğunu etiraf etdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini tanımağa və Demokratlar Partiyasının nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “New York Times” qəzetinə müsahibəsində danışıb.
“Tamamilə əminliklə deyə bilərəm ki, bu nəticələri tanımağa hazıram. Demokratlarla işləyəcəyik və onlarla əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirik”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib.
Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü yenidən seçilib.
Demokratlar həm Nümayəndələr Palatasını, həm də Senatı nəzarətə götürüb. İlkin məlumata görə, onlar Nümayəndələr Palatasında 435 yerdən 240-dan çoxuna sahibləniblər.
Senat seçkilərində də demokratlar öndə gedir. “Associated Press” agentliyinin proqnozlarına əsasən, son məlumatlara görə, Senatda demokratların 51, respublikaçıların isə 39 yeri var. Daha 10 yer üzrə nəticələr hələ dəqiqləşməyib.
Demokratlar Corciya, Şimali Karolina, Nyu-Hempşir, Cənubi Karolina, Nyu-Cersi, Massaçusets, Rod-Aylend, İllinoys, Delaver, Nyu-Meksiko, Kolorado, Virciniya, Texas, Oreqon, Ohayo, Kanzas və Ayova ştatlarında qalib gəliblər.
Respublikaçılar isə Florida, Qərbi Virciniya, Vayominq, Kentukki, Oklahoma, Arkanzas, Alabama və Tennessi ştatlarında qələbə qazanıblar.
Associated Press-in məlumatına görə, demokratların uğurları hətta ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatları da əhatə edib. Belə ki, Kanzas və Texasda, eləcə də Cənubi Karolinada demokrat namizədlər uğur qazanıblar. Texasda 30 ildən, Cənubi Karolinada isə 28 ildən sonra ilk dəfə demokrat senatorlar seçilib.
Senatda çoxluğu əldə etmək üçün ən azı 51 yer qazanmaq tələb olunur.
Nümayəndələr Palatasında isə demokratların 178, respublikaçıların 107 yeri var. Daha 150 yer uğrunda mübarizə davam edir. Palatada çoxluğu əldə etmək üçün 218 yer qazanmaq lazımdır.
“Bloomberg”in proqnozuna görə, demokratlar respublikaçılardan Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək üçün lazım olandan iki dəfə çox – 8 yer qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















