Icma.az
close
up
RU
Tramp Si Cinpini andiçmə mərasiminə dəvət edib

Tramp Si Cinpini andiçmə mərasiminə dəvət edib

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəvət noyabrın əvvəlində, prezident seçkilərindən az sonra göndərilib

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çin rəhbəri Si Cinpini yanvarda Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə dəvət edib. AYNA xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, dəvət noyabrın əvvəlində, prezident seçkilərindən az sonra göndərilib. Si Cinpinin dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

CBS-nin həmsöhbətləri əlavə ediblər ki, Trampın komandası andiçmə mərasiminə digər dünya liderlərinin dəvət olunması imkanlarını müzakirə edirlər.

ABŞ Prezidentinin andiçmə mərasiminə adətən səfirlər və digər diplomatlar dəvət olunur. Dövlət Departamentinin “CBS News”a istinadən verdiyi məlumata görə, 1874-cü ildən bəri heç bir xarici lider bu mərasimdə iştirak etməyib.

Donald Tramp prezident kimi ilk müddətində Çinlə “ticarət müharibəsi” aparıb.

Noyabrın 26-da Tramp andiçmə mərasimindən dərhal sonra istisnasız olaraq ABŞ-a daxil olan bütün Çin mallarına yüksək rüsumlar və əlavə rüsumlar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Çin nümayəndəsi Trampın sözlərini şərh edərək bildirib ki, ticarət müharibələrində qaliblər yoxdur və “dünya bundan faydalanmayacaq”.

Təhdidlər fonunda Pekin bir sıra ikili təyinatlı malların ABŞ-a ixracını qadağan edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yeni komandasına Çinin tanınmış tənqidçiləri və “Çin təhlükəsi” ilə mübarizənin tərəfdarları daxildir. Beləliklə, Florida ştatından olan konqresmen Maykl Vals ABŞ-ın uzun müddətdir Çinlə “soyuq müharibə” vəziyyətində olduğunu bəyan edərək milli təhlükəsizlik müşaviri olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri