Icma.az
close
up
RU
TRAMP ŞOU ƏN YÜKSƏK PƏRDƏDƏ... ABŞ Prezidentinin əsl məqsədi nədir?

TRAMP ŞOU ƏN YÜKSƏK PƏRDƏDƏ... ABŞ Prezidentinin əsl məqsədi nədir?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna diz çökərsə, Kiyevə ən böyük yardım ABŞ-dən gələcək

Namiq Bilal

Trampın nə dediyinə yox, nə etdiyinə baxacağıq. O, prezidentliyə gəldiyi ilk gündən bəri artıq neçəinci dəfədir ki, Ukraynanı “satır”. Amma Kiyevə verilən hərtərəfli dəstək azalmır. Əksinə, Tramp Rusiyaya qarşı çox ağrılı sanksiyaların siyahısını genişləndirib. Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoyl”a qarşı tətbiq olunan total sanksiyaları xatırlayaq. Trampın sanksiyalarından sonra hər iki şirkət ağıla gəlməz beynəlxalq izolyasiya ilə üzləşib və xarici ölkələrdəki bütün aktivlərini satmaq məcburiyyətində qalıb.

Tramp bütün fəaliyyətini gurultulu bəyanatlar və yerinə yetirilməyən vədlər üzərində qurub. Lakin bu, onun qeyri-ciddi siyasətçi olduğu anlamına gəlmir. Belə yanaşma bir taktikadır. Maraqlıdır ki, Trampın “qeyri-ciddi” siyasi gedişləri xeyli mənada özünü doğruldur. ABŞ Prezidenti böyük hay-küy yaradır, məntiqsizliyin zirvəsinə dırmanır, amma günün sonunda ölkəsinin milli maraqları üçün lazım olanlara mümkün qədər nail olur.

İsrailin Qəzza soyqırımını xatırlayaq. Bir vaxt “Qəzzanı məhv edəcəyəm”, bir vaxt “Qəzzanı köçürəcəyəm”, başqa vaxt isə “Qəzzanı cənnətə çevirəcəyəm” dedi. Bütün bu sözlər yalnız internetin yaddaşında qaldı. Reallıq isə budur: HƏMAS bütün əsirləri qaytardı, Qəzzada atəşkəs var, şəhər dağıntılardan təmizlənir, bölgəyə müsəlman ordularının yerləşdirilməsi planı reallaşmaq üzrədir. Tramp sionist lobbinin ABŞ-ə qarşı ayaqlandırdığı böyük İslam dünyası ilə münasibətləri yenidən nizamlayır.

Venesuela ilə bağlı da eyni taktika işləyir. İllər öncə Venesuela kommunistləri ABŞ-nin neft şirkətlərini bu ölkədən qovmuşdu. İndi Tramp, bir güllə belə atmadan, Amerika neft nəhənglərini dünyanın ən böyük neft yataqlarına sahib olan Venesuelaya qaytarmağa çox yaxındır. “Asacam, kəsəcəyəm, məhv edəcəyəm” deyə hayqıraraq ağır təyyarədaşıyan gəmiləri okeanın o başından bu başına sürüməklə Maduronu yetərincə qorxuda bilib. Qərb mətbuatının yazdıqlarına görə, Maduro Ağ Ev ilə əməkdaşlığa hazırdır.

Qayıdaq Ukrayna məsələsinə. Əvvəlcə belə bir suala aydınlıq gətirək: Rusiya–Ukrayna müharibəsinin dayanması ABŞ-nin maraqlarına uyğundurmu? Tutaq ki, müharibə dayandı. Bəs bundan Ağ Evin qazancı nə olacaq? Ağıla tutarlı bir səbəb gəlmir (əlbəttə ki, Trampın Nobel mükafatı alacağı kimi cəfəng fikirdən başqa). Bütün dünyanı idarə olunan konfliktlərlə yönləndirən ingilis siyasi ağılı müharibəni niyə bitirsin ki? Müharibənin ilk aylarında o zamankı İngiltərə baş naziri Boris Consonun İstanbul sülh razılaşmasını necə əngəllədiyini xatırlayaq. İngiltərə bu gün ABŞ-nin deyil, sanki Avropanın yanında dayanırmış kimi görünür. Lakin müharibənin uzanması məsələsində Londonun və Ağ Evin maraqları tam şəkildə üst-üstə düşür.


Rəsmi Vaşinqton həm silah satıb pul qazanır, həm Avropanı, həm Ukraynanı, həm də Rusiyanı öz təsir dairəsində saxlayır. Üstəlik, Tramp özünü gah sağa, gah sola vuraraq Rusiyadan ciddi iqtisadi güzəştlər qoparır. Digər tərəfdən, Tramp Rusiyanı Ukrayna bataqlığında boğmaqla Çin–Rusiya tandeminin rus ayağını maksimum zəiflədir. Müharibə bitərsə, bütün bu dividendlər Ağ Evin əlindən çıxacaq.

Bütün bunlar Ağ Evin bu günlərdə yayımladığı “Sülh təklifi”ndə də aydın görünür. 28 maddədən ibarət olan təklif başdan-başa Rusiyanın istəkləridir. Maddələrin yalnız bir tərəfin maraqları üzərində qurulması və Ukraynanın xeyrinə heç bir məqamın olmaması bu sənədin qəbul edilməsinin iynənin ucu qədər belə şansını qalmadığı deməkdir. Başqa sözlə, Tramp və komandası bu təklifin nə Ukrayna, nə də avropalılar tərəfindən qəbul edilməyəcəyini gözəl anlayır və “Trampın dostu Putini incitməmək” görüntüsü yaratmaq üçün heç bir müzakirə aparmadan təklifi gündəmə gətirirlər. Bu təklifi batırmağın daha yaxşı yolu tapılmazdı.

Şou davam edir. Bütün dünya Trampın ədalətsizliyindən, məntiqsizliyindən və Putinin kuklası olmasından danışır. Tramp isə öz oyununu oynayır. “Sülh təklifi” növbəti dəfə əngəlləndi, müharibə isə davam edir. Və heç şübhə etməyək ki, Ukrayna bir gün tükənib Rusiya qarşısında diz çökməyə hazırlaşarsa, Kiyevə ən böyük dəstək məhz ABŞ-dən gələcək.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:347
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri