Icma.az
close
up
RU
TRAMP STARMER DANIŞIQLARI BAŞLADI Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək

TRAMP STARMER DANIŞIQLARI BAŞLADI Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampı Çekersdəki rəsmi iqamətgahında qəbul edib. Görüş Britaniya-Amerika münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, qlobal geosiyasi balansda da əhəmiyyətli rezonans doğurub.

Tramp və xanımı Melania Çekersə helikopterlə gəliblər. Onları iqamətgahın qarşısında Kir Starmer və xanımı rəsmi şəkildə qarşılayıb. Prezident Tramp bu səfər çərçivəsində bir gecə öncə Vindsor qəsrində Britaniya kralı III Karl ilə iştirak etdiyi rəsmi ziyafətdə də yer almışdı. Kral Karl ziyafətdə çıxışı zamanı ABŞ və Britaniyanın "tiranlığa qarşı birgə mübarizə və Ukraynaya dəstək" mövqeyini vurğulayıb. Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən məmnuniyyətlə qarşılanıb.

Çekers görüşündə əsas müzakirə mövzuları arasında Ukraynadakı müharibə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, qarşılıqlı ticarət və sərmayələr yer alıb. Britaniya tərəfi ABŞ-dən ticarət məhdudiyyətləri fonunda iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır.

Müşahidəçilər bildirirlər ki, Starmer bu səfəri yalnız diplomatik jest kimi deyil, həm də iqtisadi strategiya kimi qiymətləndirir. Xüsusilə texnologiya və enerji sahəsində yeni sazişlərin imzalanacağı gözlənilir.

Görüşdən sonra keçiriləcək mətbuat konfransında bir sıra həssas mövzuların gündəmə gətiriləcəyi gözlənilir. Onlar arasında ABŞ-də seksual cinayətlərdə ittiham olunmuş Cefri Epsteyn ilə bağlı məsələlər, ABŞ və Britaniya arasında söz azadlığına yanaşmadakı fərqlər, eləcə də İsrail-Fələstin məsələsində mövcud olan fikir ayrılıqları var.

Xüsusilə Londonda yaxın zamanda Fələstin dövlətini tanımaqla bağlı qərarın verilə biləcəyi ehtimal olunur ki, bu da Vaşinqtonun mövqeyi ilə ziddiyyət təşkil edir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri