Icma.az
close
up
RU
Ukrayna münaqişəsi ilə bağlı Cenevrə DANIŞIQLARI Hansı bəndlər razılaşdırılıb?

Ukrayna münaqişəsi ilə bağlı Cenevrə DANIŞIQLARI Hansı bəndlər razılaşdırılıb?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ukrayna və ABŞ Cenevrədə keçirilən danışıqlardan sonra birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, mövqelərin uzlaşdırılmasında ciddi irəliləyiş əldə olunub, yenilənmiş sənəd hazırlanıb
Bizim.Media xəbər verir ki, bu barədə gordonua.com nəşri yazıb.
Mənbə qeyd edir ki, İsveçrədə keçirilən danışıqlar “son dərəcə məhsuldar” keçib.
“Müzakirələr mövqelərin uzlaşdırılmasında əhəmiyyətli irəliləyiş olduğunu və növbəti addımların dəqiq müəyyənləşdirildiyini göstərdi. Tərəflər təsdiqlədilər ki, gələcəkdə imzalanacaq istənilən razılaşma Ukraynanın suverenliyinə tam hörmət etməli və dayanıqlı, ədalətli sülhü təmin etməlidir. Danışıqların nəticəsi olaraq tərəflər yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi hazırladılar”, – bəyanatda deyilir.
 

Sənəddə, həmçinin, ABŞ Prezidenti Donald Trampa “müharibənin bitməsi və insan həyatının xilas edilməsi naminə göstərdiyi sarsılmaz səylərə görə” xüsusi təşəkkür bildirilib.


Tərəflər işi, o cümlədən Avropa tərəfdaşları ilə birlikdə, davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edilir ki, bu çərçivə sənədi üzrə yekun qərarlar Ukrayna və ABŞ prezidentləri tərəfindən veriləcək.
“RBK–Ukrayna” nəşri isə yazır ki,  Cenevrə danışıqları zamanı ABŞ planının əksər müddəaları razılaşdırılıb, mübahisəli hissələrin böyük qismi korrektə edilib
Məlumata görə, razılaşdırılan məsələlər arasında Ukrayna Silahlı Qüvvələrinin sayının müəyyən edilməsi, Zaporojye AES ilə bağlı format, əsirlərin dəyişdirilməsi və məhkumların geri qaytarılması məsələləri var.
Bununla belə, ən həssas məsələlər – ərazi ilə bağlı müddəalar və Ukraynanın NATO-ya üzvlükdən imtinasının Konstitusiyada təsbit edilməsi – tərəflər arasında razılaşdırılmayıb və “kənara çıxarılıb”. 
 

Bu bəndlər Zelenski və Tramp səviyyəsində müzakirə olunmalıdır. Onların görüşü bu həftə və ya gələn həftə baş tuta bilər, baxmayaraq ki, Cenevrədə dəqiq tarix razılaşdırılmayıb.


ABŞ planının ilkin variantındakı ən mübahisəli məsələlərdən biri — Ukrayna ordusunun Donetsk vilayətindən çıxması tələbidir.
“Amerikanın hərbçiləri keçən həftə Kiyevə öz qiymətləndirmələri ilə gəliblər. Onlar hesab edirlər ki, cəbhədə vəziyyət bizim xeyrimizə inkişaf etmir. Onların fikrincə, qarşıdakı aylar Ukrayna üçün həlledici olacaq və 12 ay ərzində biz onsuz da Donetsk vilayətini itirəcəyik. Əgər ABŞ hərbi dəstəyimizi azaltsa, bu proses daha da sürətlənəcək”, – “RBK–Ukrayna”ya mənbə deyib.
Planın ilkin versiyasındakı digər mübahisəli bəndlər:
Zaporojye AES üzərində Ukrayna və Rusiyanın birgə nəzarəti;
Ukrayna Silahlı Qüvvələrinin sayının 600 minə endirilməsi.
“Ordunun sayına gəlincə, amerikalılar Kiyevdə bizim nümayəndələrdən açıq soruşublar: əgər 600 min yoxdursa, bəs neçə olmalıdır? 800 min?” – mənbələrdən biri bildirib.
Sülh planının gələcək gedişi belə nəzərdə tutulur:
Əgər yaxın vaxtlarda Ukrayna ABŞ ilə planın yekun bəndlərini razılaşdıra bilsə, ABŞ isə Avropa tərəfdaşlarını özlərinə aid olan hissələrlə bağlı inandıra bilsə, bundan sonra ABŞ-ın danışıqlar qrupu həmin razılaşdırılmış planı götürərək “kötək və kökə” (yəni təzyiq və güzəşt mexanizmi) kombinasiyası ilə Rusiyanı razı salmağa çalışacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri