Icma.az
close
up
RU
Tramp sülh lideri kimi tarixə düşmək istəyir ŞƏRH

Tramp sülh lideri kimi tarixə düşmək istəyir ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropa isə Trampın planından narahatdır, müharibənin bitməsini istəmir

“Almaniya, Fransa, Böyük Britaniya, Polşa Trampın Rusiyaya güzəştə getməsini Avropanın təhlükəsizliyi üçün təhdid hesab edirlər”

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşənə qədər Rusiya ilə eskalasiyanın qarşısını almaq üçün “Tomahavk”ı vermədi. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Putini Trampa zəng etməyə vadar edən məhz uzaqmənzilli raketlər məsələsi olub: "Ukrayna hazırda “Tomahavk” raketləri ilə bağlı ABŞ prezidentinə müraciət etmək istəyən Avropa liderləri ilə daimi əlaqə saxlayır. Axı Avropa ölkələrində də bunlardan var. Prezident Trampla görüşdən dərhal sonra Avropa liderləri ilə danışdıq. Onlar Trampa bu xahişlə yaxınlaşmaq istəyirlər". Zelenski əlavə edib ki, Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiya ilə müharibəni potensial olaraq bitirməyə yaxınlaşıb. Onun sözlərinə görə, bu, ilk növbədə ABŞ Prezidenti Donald Trampın səyləri ilə bağlıdır: "Müharibə tez bitə bilməz, çünki Ukrayna üç ildən artıqdır ki, Rusiya ordusu ilə qarşı-qarşıyadır. Lakin hazırda dünyada müharibənin dayandırılması üçün güclü siyasi tələb yaranır". O, ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə qoşulmağa hazır olduğunu bildirib. Ukrayna liderinin fikrincə, Qəzzada atəşkəsə nail olmaq üçün Tramp Putinə HƏMAS-a etdiyindən daha çox təzyiq göstərməlidir: "Ukraynadakı müharibə Yaxın Şərqdəkindən daha böyükdür və Rusiya ordusu dünyada ikinci ən böyük ordudur, ona görə də daha çox təzyiq lazımdır". Qeyd edək ki, Tramp Ağ Evdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın müharibəni dayandırmaq üçün şərtlərini qəbul etməyə çağırıb və xəbərdarlıq edib ki, bunu etməsə, Rusiya lideri Vladimir Putin Ukraynanı məhv edəcək. 


Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin gedişində Kiyevin müəyyən hərbi üstünlükləri var idi. Hətta ABŞ Ukraynaya uzunmənzilli raketlərin verilməsini də elan etmişdi. Rusiya tərəfi də bundan narahat idi: 


"Amma Ukrayna prezidenti V.Zelenskinin ABŞ-yə səfərindən öncə Trampla Putin arasında telefon danışığı oldu. Putin Trampı Qəzzada sülhə görə alqışladı, onu təriflədi. Bununla da, Zelenskinin ABŞ-yə səfərinin mənfi iqtiqamətə yönəlməsinə, istənilən nəticə verməməsinə nail oldu. Tramp-Zelenski arasında 2 saatlıq görüş nəticəsiz başa çatdı. Hətta Putin Trampla telefon danışığında Donbasın tamamilə Rusiyaya verilməsi çərçivəsində Xerson və Zaporojyedən geri çəkiləcəyini bildirib. Görünür, Tramp da bununla razıdır. Zelenski ilə görüşdə Kiyev hökumətinə ABŞ tərəfindən ciddi təzyiq göstərildiyi iddia olunur. Ümumiyyətlə, D.Trampın əsas məqsədi ondan ibarətdir ki, tezliklə Rusiya-Ukrayna münaqişəsini bitirsin. Çünki digər münaqişələri həll etdiyini vurğulayır. Putinin də təklifləri Trampın xoşuna gəlib". 


Siyasi şərhçi hesab edir ki, artıq gündəmdə Budapeştdə tərəflər arasında görüşün baş tutacağıdır: 

"Söhbət Putin və Tramp arasında keçiriləcək görüşdən gedir. Avropa liderləri prosesin gedişindən narahatdır, çünki onlar müharibənin davam etməsində maraqlıdırlar. Xüsusən, Almaniya, Fransa, Böyük Britaniya, Polşa Trampın Rusiyaya güzəştə getməsini Avropanın təhlükəsizliyi üçün təhdid hesab edirlər. Ona görə də Putinin və eləcə də Trampın planlarına razılıq vermirlər. Avropa Birliyinin birmənalı olaraq Ukraynanın yanında yer almaları müharibənin davam etməsi deməkdir. Rusiyanın NATO qarşısında qalib olması qeyri-mümkündür. NATO-nun hərbi gücü Rusiyadan 20 dəfə böyükdür. Rusiya sadəcə çalışır ki, Qərb blokunu parçalasın, torpaq güzəştləri əldə etsin, Avropanı təhdid altında saxlasın. Tramp üçün isə bunların əhəmiyyəti yoxdur. Onun məqsədi sülh missiyasını həyata keçirən lider kimi tarixdə qalmaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri