Icma.az
close
up
RU
Tramp Sumud basqınına niyə susur? Pərdəarxası məqamlar açıqlandı ŞƏRH

Tramp Sumud basqınına niyə susur? Pərdəarxası məqamlar açıqlandı ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail qüvvələri ötən gün beynəlxalq sularda fəaliyyət göstərən “Global Sumud” donanmasına zərbə endirib. Donanma, Fələstin zolağına humanitar yardımı çatdırmaq və İsrailin dəniz blokadasını pozmaq məqsədi ilə yola çıxmışdı.

Müdaxilə zamanı bir neçə gəmi ələ keçirilib, aktivistlər saxlanılıb və İsrail limanına yönəldilib. Hadisə beynəlxalq hüquq normalarının və insan hüquqlarının pozulması iddialarını gündəmə gətirib və dünyanın bir sıra ölkələrində qəzəb və etirazlarla qarşılanıb.

Maraqlıdır görəsən, dünyada bu qədər qəzəb doğuran bu hücuma qarşı ABŞ prezidenti Donald Trampın səssiz qalmasının səbəbi nədir? Turkustan.az olaraq bu sualı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Donald Tramp İsraillə münasibətləri ən yüksək səviyyədə saxlayan Amerika prezidentlərindən biridir. Yəni, həm Co Bayden, həm də ondan əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp İsrailə daha yaxın olub. Bununla yanaşı, ABŞ-dakı yəhudi lobbiləri və beynəlxalq güc mərkəzləri ilə münasibətlərin tənzimlənməsində də müəyyən rol oynayıb.

Mən düşünürəm ki, elə bu səbəbdən də Tramp İsrailin həyata keçirdiyi hücumlara və ya basqınlara qarşı açıq şəkildə mövqe bildirmir. Ola bilsin ki, pərdə arxasında müəyyən danışıqlar gedir və Tramp bunların ictimaiyyətə çıxmasını istəmir. Hər halda, dünya siyasətində baş verənlərin pərdəarxası həmişə daha maraqlı və təsirli olur.

Dünya birliyinin reaksiyası daha da güclənərsə, bundan sonra prosesə yavaş-yavaş qoşulmaq mümkündür. Amma hazırda Trampın səssiz qalması diqqət çəkir. Avropa ölkələri bu məsələyə açıq şəkildə reaksiya versələr də, Trampın səssizliyinin arxasında müəyyən amillər dayanır. Burada həm ABŞ-dakı yəhudi lobbilərinin təsiri, həm də onun kürəkəninin yəhudi olması məsələsi rol oynaya bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Oktyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri