Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttində yaşanan son gərginliklər baxımından fərqlənir.
Gərginlik səngisə də, tamamilə aradan qalxdığını demək çətindir. Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankara zirvəsinə getməməsi bunu deməyə əsas verir. Ərdoğanın Azərbaycana səfərlə bağlı verdiyi açıqlamasında "Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur" sözləri də problemlərin olduğuna işarə edir.
Buradan iki nəticə çıxarmaq olar.
1. Əliyev Ankaraya getməməklə Türkiyədə son illər Azərbaycana qarşı artan xətlə davam edən hücumlar qarşısında konkret mövqe sərgilədi: bunu Azərbaycanın “qırmızı xətləri”nin nümayiş etdirilməsi kimi də qəbul edə bilərik;
2. Ərdoğan Bakıya gəlməklə Azərbaycanla yaranmış gərginliyin tamamilə aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirir;
Artıq səfərlə bağlı diplomatik təmasların olduğu məlumdur. Ərdoğan MİT və XİN rəhbərlərini Bakıya göndərdiyini, Əliyevlə telefon danışıqlarının olduğunu bildirib. Hadisələrin inkişafı, regiondakı proseslər və bu diplomatik trafik fonunda istisna edilməməlidir ki, Bakı-Ankara xəttindəki gərginliyin daha dərin qatları var. Bunu da yalnız liderlər müzakirə edə, ortaq mövqelər tapa bilər. Ərdoğanın Bakı səfəri bu baxımdan əhəmiyyətli olacaq.
Baxış sayı:82
Bu xəbər 05 Noyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















