Icma.az
close
up
RU
Tramp təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir

Tramp təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

AzPost müsahibəni təqdim ediri

– Qüdrət bəy, Trampın Zelenskini diktator adlandırmasına münasibətinizi bilmək istərdik. ABŞ ilə Ukrayna arasında nə baş verir?

– Tramp hələ birinci prezidentliyi dönəmindən Baydenin və ailə üzvlərinin korrupsiya cinayətlərinin işıqlandırılması barədə öz aralarında olan söhbəti açdığı üçün Zelenskiyə qəzəbli idi. O zaman buna görə demokratlar Trampa impiçment elan olunması məsələsini gündəmə gətirdilər. Bayden ailəsi haqqında məlumatlar sözsüz ki, Rusiyada da olmamış deyildi. Həmin vaxt Zelenskinin birmənalı mövqe sərgiləməməsindən Bayden də tam razı qalmamışdı və həm buna görə, həm də ola bilsin Rusiyaya işlədiyi üçün ona kömək etmədi. Zelenski təcrübəsizliyindən özünü və ölkəsini iki böyük güc arasına qarşıdurmanın iştirakçısına çevirmişdi. Həm də cəsarət nümayiş etdirib qaçmadığı və Qərb liderləri üçün “başağrısına” çevrildiyinə görə ona daha çox nifrət edirlər, nəinki Putinə.

Zelenskinin növbəti səhvi ABŞ-yə və Avropadakı müttəfiq hesab etdiyi ölkələrə hədsiz güvənməsi oldu. Bu səbədən də Rusiya ilə münasibətləri yumşaltmadı və ölkəsini müharibədən yayındıra bilmədi. Halbuki, o, 2014-cü ildə Budapeşt memorandumunu imzalamış ölkələrin Ukraynaya verdiyi dəstəyin nədən ibarət olduğunu görmüşdü. O, Qərb ekspertlərinin aforizmə çevrilmiş “ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” deyimini də, ABŞ-nin Əfqanıstandan dovşan qaçışını da nəzərə almadı. İndi isə növbəti dəfə müdriklik nümayiş etdirə bilmədi və Trampa ona hücum etmək üçün bəhanə verdi. O, ABŞ maliyyə nazirini nəinki qəbul etmək üçün gözlətməməli, onu dəmiryol vağzalında qarşılamalı və nadir metalların istismarına dair sazişi elə orada da imzalamalı idi. Çünki Ukraynaya ABŞ-nin dəstəyi həyati əhəmiyyətlidir. Xatırlayırsınızsa bir vaxtlar böyük dövlət adamı Heydər Əliyevə deyirdilər ki, o əlverişsiz şərtlərlə “Əsrin müqaviləsini” imzalayıb. Bugünkü, torpaqlarını işğaldan azad etmiş Azərbaycan daha çox həmin qərara borcludur. Tramp hakimiyyətdə əbədi qalmayacaq, müqavilənin şərtlərinə gələcəkdə baxmaq da olardı. Təəssüf ki, liderlərin səhvlərinin ağır nəticələrini sadə vətəndaşlar yaşayır.

– ABŞ-nin Ukraynadan istədiyi yalnız həmin sazişdirmi?

– Əlbəttə yox. Tramp ciddi təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir. ABŞ 1994-cü ildə eyni qaydada, Ukraynanı təhdid edərək, ciddi təhlükəsizlik təminatı vermədən Budapeşt memorandumunu ona imzalatdırdı, onun nüvə silahını əlindən aldı. Hazırda ikinci belə sənəd imzalatdırmaq istəyir. Açıq deyilməlidir, Tramp qarışıq bütün dünya liderləri, Putindən çəkinir, bəziləri isə ona xidmət edir. Rusiya böyük nüvə dövlətidir.

“TikTok”da izləyin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri