Tramp “TikTok”un ABŞ də bloklanmasını təxirə sala bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Ağ Ev rəhbəri Donald Tramp “TikTok”un ABŞ-də bloklanmasını təxirə sala bilər.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Tramp jurnalistin sualına cavabında bildirib.
Amerika lideri həmçinin bildirib ki, ABŞ “TikTok”un yarısına sahib olmaq hüququna malik olmalıdır.
Tramp bunun Çin sosial şəbəkəsinin aktivləri ilə bağlı müqavilə bağlamaq üçün vacib olduğunu qeyd edib.
“Bu, yəqin ki, Çindən təsdiq tələb edəcək, amma düşünürəm ki, biz bunu alacağıq. Düşünürəm ki, Çin sədri Si Cinpin son nəticədə bunu təsdiq edəcək”, - Tramp bildirib.
Qeyd edək ki, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ölkədə platformanın bloklanmasını aprelin 5-dək təxirə salan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə ABŞ-nin “TikTok”un yarısına sahib olmaq hüququna malik olduğunu deyib, lakin bunun nə demək olduğunu açıqlamayıb.
Xatırladaq ki, aprelin 4-də ABŞ Prezidenti sosial şəbəkənin ölkədə fəaliyyətinin daha 75 gün (iyunun 19-dək) uzadılması haqqında sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:Tramp: “ABŞ “TikTok” un aktivlərinin yarısını
20 Yanvar 2025 12:50
Tramp üçüncü dəfə TikTok un satışını təxirə salıb
18 İyun 2025 13:30
Tramp ABŞ də “TikTok”un istifadəsinə “hə” dedi KONKRET
20 Yanvar 2025 12:14
Tramp ABŞ də “TikTok”u bloklamaq qərarını yenidən təxirə sala bilər
15 Sentyabr 2025 13:25
TikTok un ABŞ da fəaliyyəti uzadıldı
04 Aprel 2025 23:16
Baxış sayı:129
Bu xəbər 17 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















