Vens Putini təriflədi: Rusiya lideri Trampa niyə hörmət edir? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları zamanı yaranan təəssüratlarını bölüşüb və onun ABŞ Prezidenti Donald Trampa hörmətlə yanaşmasının səbəblərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Vens bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, Rusiya Prezidenti ilə şəxsən görüşməyib, lakin Ağ Evin diplomatik səylərinin əlaqələndirilməsi çərçivəsində Putinlə bir neçə dəfə telefonla danışıb.
ABŞ-nin vitse-prezidenti Putini “çox təmkinli” və “çox ehtiyatlı” həmsöhbət kimi xarakterizə edib. Onun sözlərinə görə, Putinin səsi Qərb mediasında təqdim olunduğundan xeyli sakit və alçaq tonlu səslənir.
Vens hesab edir ki, Putin öz baxışlarına uyğun olaraq Rusiyanın dövlət maraqlarını ardıcıl şəkildə müdafiə edir. Onun fikrincə, Rusiya liderinin Trampa hörmətlə yanaşmasının səbəblərindən biri də məhz budur.
“Düşünürəm ki, onun ABŞ prezidentinə hörmət etməsinin səbəblərindən biri Donald Trampın ABŞ xalqının maraqlarını qətiyyətlə müdafiə etdiyini bilməsidir”, – deyə Vens vurğulayıb.
Günay Əli
KONKRET.az
Baxış sayı:122
Bu xəbər 18 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















