Icma.az
close
up
RU
Tramp Ukraynanın ərazi bütövlüyünü heçə saymaqla sülhə nail olmaq istəyir Politoloq

Tramp Ukraynanın ərazi bütövlüyünü heçə saymaqla sülhə nail olmaq istəyir Politoloq

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərinin əks nəticə verməsi görünməkdədir.

ABŞ-nin sülh üçün təkliflərinin qısa təqdimatı belədir:

- Donald Tramp administrasiyası Ukraynada tam atəşkəsə nail olmağı hədəfləyir və bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə saymaqla indeksləşdirir,

- Ağ Ev eyni vaxtda Ukraynanın təbii sərvətlərinin istismarında hökmranlıq qurmağa çalışır,

- Vaşinqton ABŞ-Rusiya əlaqələrini inkişaf etdirməyə çalışır ki, bu da Kremllə Ağ Evin bir-birlərinə qarşılıqlı güzəştlərini şərtləndirir.

Lakin ABŞ-nin səylərinin indiki mərhələ üçün uğurlu olduğunu söyləmək olmaz. Lakin sülh danışıqlarının indi kritik mərhələyə yaxınlaşdığı bir vaxtda bunu böyük uğursuzluq kimi də şişirtmək olmaz.

Əsas məsələ budur: Rusiya və Ukrayna müharibənin bitməsi üçün şərtlərində əhəmiyyətli dəyişikliklər etməyib.

Üstəlik Rusiya ilə yanaşı, Avropa İttifaqı və Ukrayna ABŞ-nin sülhməramlı etimadnaməsinə ehtiyatlı yanaşır ki, bu da geosiyasi ziddiyyətləri dərinləşdirir.

Rusiya ilə ABŞ-nin mövqe uzlaşdırılmasında təbii ki, irəliləyişlər əldə edilib, lakin tərəflər tələyə düşmək risklərindən dolayı dəqiqləşmiş formula yaxınlaşmayıblar.

Sülh prosesinin ləngiməsi isə müharibə qaydalarını dəyişdirmir, lakin Rusiya qoşunlarını komplektləşdirdikcə, hərbi sənayesini inkişaf etdirdikcə, Ukrayna daha çox canlı qüvvə çatışmazlığından və silah-sursat qıtlığından əziyyət çəkir.

ABŞ-nin hərbi yardımlara məhdudiyyətlər tətbiq etməsi də prosesləri Ukraynanın zərərinə işlədr. Rusiya Prezidenti Vladimir Putin bunu Moskvanın Kiyev üzərində maksimalist mövqeyinin təmini baxımından əlverişli şərait kimi qiymətləndirir.

Amma Rusiya qoşunlarının Ukrayna ərazilərindəki irəliləyiş tempi aşağı səviyyədədir. Bu, Kremli hərbi-strateji üstünlüklərini qorumaq baxımından çətinliklərlə üzləşdirir.

Hərçənd ki, Ukraynanın da Rusiyanın müdafiə çoxqatlı müdafiə istehkamlarını yarmaq üçün potensialı yoxdur. Beləliklə, ABŞ-nin hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdır.

Əgər ABŞ zəif düşmüş Ukraynanı sülh və atəşkəsə inandırsa, bu zaman Ukrayna ərazilərində Rusiyanın nəzarət zonasının qalıcılığı və daimiliyi baş tutacaq. Yəni Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq.

Siyasi şərhçi Aqşin Kərimov,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri