Tramp Ukraynanın gözlədiyi addımı atıb Ukraynaya kəşfiyyat məlumatları ötürüləcək
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına hazırlaşmaq barədə göstəriş verib. Bu məlumatlar Ukrayna ordusuna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməkdə yardımçı ola bilər.
“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton həmçinin NATO müttəfiqlərini də Kiyevlə kəşfiyyat mübadiləsini genişləndirməyə təşviq edir. Böyük Britaniyanın artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün yardım etdiyi vurğulanır.
Nəşr qeyd edir ki, Ukraynaya ABŞ tərəfindən uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi məsələsi gündəmdə olsa da, Trampın komandasında bu addımın cəbhədə vəziyyəti köklü şəkildə dəyişəcəyinə dair inam yoxdur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















