Icma.az
close
up
RU
Ukraynanın gözlədiyi xəbər gəldi Rusiyanın bir addımı ilə...

Ukraynanın gözlədiyi xəbər gəldi Rusiyanın bir addımı ilə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Ukraynanın yalnız bir şərtlə NATO-ya üzvlüyünə razı ola bilər: Rusiya və Ukrayna arasında əldə olunacaq mümkün razılaşma fonunda Kreml hər hansı şərti yerinə yetirməzsə, razılaşmanı pozarsa, ABŞ Ukraynanı avtomatik olaraq NATO üzvü sayacaq.

Bu mümkündürmü? Rusiyanın buna cavabı nə olar?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əsas səbəbi Ukraynanın NATO üzvü olmağa hazırlaşması idi:

“Öncəki prezident Petro Poroşenko dönəmində tanınmayan “DNR” və “LNR” üzərindən Rusiya müharibə aparırdı və həmin zaman da NATO üzvlüyü ilə bağlı işlər getsə də amma maksimum şəkildə Rusiyanı vaxtından əvvəl qıcıqlandırmaq istəmirdilər. Zelenski hakimiyyətə gələndən sonra da müharibə davam etdirildi. Lakin bu dəfə NATO-ya üzv olmaqla bağlı daha intensiv işlər görülməyə başladı. Bu istiqamətdə ABŞ və bəzi NATO üzvü olan dövlətlərin açıq dəstəyi var idi. Məhz bunu əsas gətirərək Rusiya 3 il bundan öncə xüsusi hərbi əməliyyat adı altında Ukraynaya qarşı müharibəyə başladı. Son vaxtlar isə Qərb Ukraynanın hərbi alyansa qoşulma imkanlarının olmaması barədə bəyanatlar da verməyə başlayıb. Eyni zamanda hazırda müharibənin dayandırılması və danışıqlar prosesinin başlaması ilə bağlı işlər gedir”.

Elşən Mustafayev qeyd edib ki, Rusiya çoxdan Ukraynanın NATO üzvü olmasını özünün qırmızı xətti olduğunu bildirib:

“Danışıqlar prosesində hər hansı razılaşma əldə olunmazsa və burada əsas günahkarın Rusiya olduğu ortaya çıxarsa təbii olaraq ABŞ və Qərb üçün Rusiyanın hər hansı qırmızı xətlərinin əhəmiyyəti olmayacaq. Yəni, müharibə davam edəcək, Ukraynaya verilən dəstək daha da artacaq. Amma Ukraynanın avtomatik NATO üzvü hesab olunması perspektivi isə inandırıcı deyil. Çünki ABŞ istəsə belə hərbi birliyin nizamnaməsini poza bilməz.

Elşən Mustafayev

Nizamnamədə isə ərazisində hər hansı konflikt olan ölkələrin NATO üzvü olmasının imkansız olduğu yazılıb. Eyni zamanda üzvlük üçün bütün birlik üzvlərinin buna səs verməsi mütləqdir. Bir müddət öncə İsveç NATO üzvlüyünə qəbul olunarkən Türkiyə səs vermədiyi üçün qəbul reallaşmırdı. Türkiyə ilə aylarla aparılan danışıqlardan sonra bu məsələ həll olundu. İndi də səsvermədə fərqli münasibət ortalığa qoyacaq dövlətlərin olması istisna deyil. Əgər Rusiya həyata keçməsi imkansız olan şərtləri irəli sürməklə danışıqları dalana dirəyəcəksə düşünürəm ki, daha inandırıcı və real variant ABŞ-ın Ukrayna ilə ikitərəfli hərbi ittifaq bağlaması olardı. Bunun üçün heç kimin razılığına ehtiyac yoxdur və Ukraynanın təhlükəsizliyinə də ciddi təminat verə bilərdi. Digər tərəfdən onsuz da NATO-nun əsas güc mərkəzi ABŞ-dır. Belə bir ssenari olarsa Rusiyanın atacağı addımların əhəmiyyəti və təsiri olmayacaq. Çünki bu, iki dövlət arasında olan ittifaqdır. Amma hələ ki, danışılar prosesinə hazırlıq gedir, belə bir ssenarinin işə düşməsi ehtimallarını indidən demək olmaz. Ən azı bu ilin yaz, yay aylarına qədər bəzi məqamlar aydın olandan sonra proseslərin hansı istiqamətdə gedə biləcəyini deyə bilərik”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri