Icma.az
close
up
RU
Tramp varisini seçir: İki namizəd var Kim daha şanslıdır?

Tramp varisini seçir: İki namizəd var Kim daha şanslıdır?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp hələ 2028-ci ildən sonra onun siyasi kursunu kimin davam etdirəcəyi ilə bağlı yekun qərar verməyib.

Ölkə.az xəbər verir ki, "The New York Times” nəşrinin məlumatına görə, Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində onun siyasi xəttini davam etdirmək qabiliyyətinə dair əvvəlki qədər əmin deyil. Nəşr bu barədə məlumatlı mənbələrə istinadla yazır.

Cey Di Vens

Jurnalistlərin məlumatına görə, Tramp müşavirləri və müttəfiqləri ilə şəxsi söhbətlərində mütəmadi olaraq Vensin siyasi gələcəyini müzakirə edir. Mənbələrin sözlərinə görə, ABŞ prezidenti tez-tez Vensin 2028-ci il seçki yarışını uğurla başa vura bilib-bilməyəcəyi barədə sual verir və çox vaxt buna özü şübhə ilə yanaşır.

Məqalədə bildirilir ki, Tramp ictimai dəstək nümayiş etdirməsinə baxmayaraq, vitse-prezidentin sədaqətini və siyasi dayanıqlığını fəal şəkildə sınaqdan keçirir. O, Vensi mühüm qərarların qəbuluna cəlb edir və ona ictimaiyyət qarşısında mühüm rollar verir ki, bu da onun MAGA hərəkatının potensial davamçısı kimi mövqeyini gücləndirə bilər.

Bununla yanaşı, ABŞ prezidenti bəzən vitse-prezidentin iş üslubu, qərarları və hətta ictimai davranışındakı kiçik məqamlarla bağlı tənqidi fikirlər də səsləndirir.

"The New York Times” qeyd edir ki, Tramp Vensi digər potensial siyasi varislərlə, xüsusilə də əsas iki namizəddən biri olan ABŞ dövlət katibi Marko Rubio ilə müqayisə edir. Şəxsi görüşlərdə o, qonaqlar və müttəfiqlər arasında qeyri-rəsmi "sədaqət sorğuları” keçirərək onların hansı namizədi daha güclü hesab etdiklərini öyrənməyə çalışır.

Marko Rubio

Bununla belə, müəlliflər vurğulayırlar ki, tənqidlərə və daxili fikir ayrılıqlarına baxmayaraq, Cey Di Vens MAGA hərəkatının tərəfdarları arasında güclü dəstəyə malikdir və 2028-ci il Respublikaçılar Partiyası namizədliyi uğrunda əsas iddiaçılardan biri olaraq qalır.

Lakin onun Trampın dəstəyindən asılılığı və Respublikaçılar Partiyasının müxtəlif qrupları arasında tarazlığı qorumaq zərurəti siyasi perspektivlərini qeyri-sabit edir.(qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri