Icma.az
close
up
RU
ABŞda gərgin mübarizə: kim şanslıdır? TƏHLİL

ABŞda gərgin mübarizə: kim şanslıdır? TƏHLİL

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir: Pensilvaniya, Corciya, Şimali Karolina, Miçiqan, Arizona, Viskonsin və Nevada".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, səsvermə bitdikdən sonra məhz buralardakı nəticələrə diqqət etmək lazımdır:


"Bu ştatlarda Seçicilər Kollegiyasına ümumən 94 nümayəndə seçiləcək. Digər 43 ştatda isə nəticələr məlumdur. (Yalnız 1 ştat – Ayovada sürpriz ola biləcəyi deyilir, amma çox zəif ehtimaldır). Hazırda 43 ştat üzrə nəticə belədir: Kamala Harris – 226 nümayəndə, Donald Tramp – 219 nümayəndə. Seçicilər Kollegiyası nədir, ona qısaca baxaq.


ABŞ-da prezident xalq tərəfindən birbaşa seçilmir və ölkə üzrə kimin çox səs alması həlledici əhəmiyyət daşımır. Prezidenti Seçicilər Kollegiyası adlanan 538 nəfərdən ibarət formal orqan seçir və oraya azı 270 nümayəndə göndərən namizəd qalib sayılır. Seçkidə xalqın rolu budur ki, Seçicilər Kollegiyasına nümayəndələri vətəndaşlar seçir. Hər ştat Kollegiyaya əhalisinin sayına uyğun olaraq nümayəndə göndərir: əhalisi çox olanlar çox, az olanlar az. Bir namizəd digərindən hətta cəmi 1 səs üstün olarsa, həmin ştatın bütün nümayəndələrini o qazanmış olur. (Nebraska və Men istisnadır). Əslində sırf hüquqi baxımdan ştat nümayəndələri Seçicilər Kollegiyasında istədikləri namizədə səs verə bilər, qanunda hər hansı məcburiyyət yoxdur. Amma ənənəyə və presedentə uyğun olaraq (anqlo-sakson hüququ) Seçicilər Kollegiyasının üzvləri adətən xalqın seçiminə uyğun səs verirlər, yəni faktiki olaraq vətəndaşların qərarını təsdiqləyirlər".

Ş.Cəfərli qeyd edib ki, bu arxaik sistem hazırda respublikaçıların maraqlarına daha çox cavab verir:

"Çünki demokratlar və onlara meyl edənlər sayca daha çoxdur. Məsələn, yaxın tarixin demokratlar üçün ən böyük fiaskolarından biri olan 2016-cı il seçkilərində H.Klinton ölkə üzrə Trampdan 3 milyon çox səs almışdı. Dünyada olduğu kimi, ABŞ-da da ölkə üzrə sadə çoxluq sistemi tətbiq olunsa, respublikaçıların prezident seçkilərində qələbə şansı həddən artıq azalmış olar.

7 ştat üzrə keçirilən bütün sorğularda tərəflərin bir-birindən üstünlüyü sorğuların xəta payı içərisindədir. Bu o deməkdir ki, hər iki namizədin şansı bərabərdir. Bəzi ştatlarda qələbə çox minimal üstünlüklə, hətta 0,1 - 0,2% fərqlə əldə oluna bilər. Bu halda, nəticələrin mübahisələndirilməsi, məhkəmə iddiaları qaldırılması, səslərin sayılması prosesinin uzanması mümkündür".

Ş.Cəfərlinin sözlərinə görə, ən kritik bölgə 19 nümayəndənin seçiləcəyi Pensilvaniyadır:

"Burada ölkənin ilk paytaxtı Filadelfiya şəhəri yerləşir. Pensilvaniya, Miçiqan və Viskonsin ölkənin orta qərbində yerləşən sənaye zonasıdır, bura obrazlı olaraq “paslı qurşaq” adlandırılır. Corciya, Şimali Karolina, Arizona və Nevada isə ölkənin cənub, cənub-qərb hissəsində yerləşir və öz iqliminə görə “Günəş qurşağı” adlandırılır. “Paslı qurşaq”da qazanan çox böyük ehtimalla seçkinin qalibi olacaq.


Bu gün Nümayəndələr Palatasındakı bütün yerlərə (435) və Senatın üçdə birinə (34) də seçki keçirilir. Həmin 34 senatordan 23-ü demokratdır, bu səbəblə demokratların hazırda Senatda olan minimal üstünlüklərini qorumaları çox çətin vəzifə kimi görünür. Senatda minimal üstünlük bu dəfə respublikaçılara keçə bilər. Aşağı palatanı isə demokratların az fərqlə qazanacağı ehtimal edilir".

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri