Icma.az
close
up
RU
Yeni nazir təyinatı gözləntisi kim daha şanslıdır? KONKRET

Yeni nazir təyinatı gözləntisi kim daha şanslıdır? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərsiz fəaliyyətini davam etdirir. Ancaq rəsmi açıqlama olmasa da, nazirliyə yeni rəhbər təyinatı gözlənilir. Yada salaq ki, uzun illər nazir olan Muxtar Babayev Bakıda keçirilən uğurlu COP29-dan sonra Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. O vaxtdan nazir postu vakant qalıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Qeyd edək ki, Muxtar Babayevdən əvvəl ekologiya və təbii sərvətlər naziri postunu Hüseynqulu Bağırov tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas səlahiyyətləri isə bunlardır: ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhlükəsizlik, meşə təsərrüfatı, su ehtiyatlarının qorunması və s. Modern.az-a daxil olan məlumata görə, yeni ekologiya və təbii sərvətlər naziri parlamentdən gətiriləcək. Saytın yazısında  iddia olunur ki, həmin şəxs müasir yanaşmaları ilə seçilir və siyasi dairələrin etimadını qazanıb. Amma adı hələlik gizli saxlanılır. Parlamentdən yüksək vəzifəyə təyinat yenilik deyil. Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vaxtilə vəzifəyə təyin olunmuş deputatlardır.

Başqa bir versiyaya görə, hazırda nazirlikdə çalışan müavinlərdən biri rəhbərliyə gətirilə bilər. Çünki bu şəxslər nazirlik sisteminə yaxşı bələddir və çevik idarəçilik təcrübəsi var. İnstitusional davamlılıq baxımından bu seçim məntiqli görünür. Məlumat üçün deyək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovdur. Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyeva isə nazir müavinləridir.

Siyasi dairələrdə yayılan digər versiya isə sürpriz ehtiva edir. Belə ki, tamam fərqli sahəni təmsil edən bir dövlət qurumunun rəhbəri nazirlik üçün nəzərdən keçirilir. Bu hal dəyişiklik rüzgarlarının daha geniş miqyasda əsdiyini göstərir. Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, payıza doğru iqtidarda  kadr dəyişiklikləri ilə yanaşı nazirlik və komitələrdə struktur dəyişiklikləri gözlənilir.   Bəzi nazirliklərin, komitə və xidmətlərin birləşdiriləcəyi iddia edilir. Bundan başqa, Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması da yenə gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır. Nəzərdə tutulan islahatlarda məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların yaxın aylarda açıqlanacağı gözlənilir.

2025-ci ilin ilk həftəsindən etibarən Azərbaycan hökumətində bir sıra dəyişikliklər baş verib. Belə ki, 19 il maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov baş nazirin müavini təyin edilib. Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamdan təxminən bir ay sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi vəzifəsindən azad edərək maliyyə naziri təyin edib. İmzalanan digər sərəncamla isə Sahil Babayevi onun müavini Anar Əliyev əvəzləyib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a dedi ki, bu nazirlikdə vaxtilə Firdovsi Əliyev çalışırdı, rayonlara gedəndə onun fəaliyyətini görürdü: “Mən obyektiv yanaşmanın tərəfdarıyam, onun işlədiyini müşahidə edirdim. İndi isə Azərbaycanda bu qədər komitələrə, nazirliklərə ehtiyac yoxdur. Sözügedən nazirliyin də bir strukturda birləşməsi daha yaxşı olardı. Çünki büdcəyə də yükdür. Struktur islahatları nəticəsində daha çevik, mobil iş qurmaq mümkündür. Azərbaycanda bu qədər qurumların olmasına zərurət görmürəm. Onlar bir strukturun tərkibində də faydalı ola bilər. Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir strukturun tərkibinə verilməsini təklif edərdim. Ancaq sözsüz ki, dövlət başçısının və hökumətin mövqeyi fərqli ola bilər. Sadəcə, dünya təcrübəsində də görmək olar ki, artıq çoxlu nazirliklər, komitələr saxlamırlar, xərcləri də azaldırlar”.

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, idarəetmə sistemi, islahatlara gedilməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülüb: “Bizim tərəfimizdən də müxtəlif təkliflər olub. Ancaq konkret olaraq bu nazirliyin birləşdirilməsi, yaxud həmin quruma yeni kadr təyinatı üçün mütəxəssislər səviyyəsində müzakirələrə ehtiyac var. Ümumilikdə isə qurumlarda, nazirliklərdə daha yığcam komanda olması daha məqbuldur. Yəni struktur islahatları ilə büdcəyə qənaət edilmiş olur”.

Deputat qeyd etdi ki, əslində ayrı-ayrı nazirliklərin fəaliyyəti uyğun görünə bilər, amma bir əldə birləşməsi təcrübəsi də var: “Məsələn, Gənclər və İdman Nazirliyi yaradılıb. Bundan əlavə, gömrük, vergi və maliyyənin bir strukturda birləşməsi təklifləri səslənib. Bütün bunlar kompleks müzakirələr tələb edir. Ancaq şəxsi qənaətim odur ki, struktur islahatları üçün mütəxəssislər tərəfindən təkliflər paketi hazırlana bilər. Təbii ki, son sözü prezident deyir. Sadəcə, zaman keçdikcə islahatlara gedilməsi müsbət effektini verir, o baxımdan, reformaların aparılması hər zaman vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri