Tramp hələlik İrana qarşı quru əməliyyatı planlaşdırmır
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp hazırda İrana qarşı quru hərbi əməliyyat keçirməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt məlumat verib.
Livitt Fox News telekanalına müsahibəsində bildirib ki, belə bir əməliyyat ABŞ-ın hazırkı planlarına daxil deyil. Bununla yanaşı, prezidentin bütün variantları açıq saxladığını vurğulayıb.
“Bu, hazırkı planımızın bir hissəsi deyil. Amma prezident bütün variantları nəzərdən keçirmək hüququnu saxlayır”, – deyə Livitt bildirib.
Ağ Evin nümayəndəsinin sözlərinə görə, Vaşinqton hazırda İrana qarşı hərbi və siyasi addımlarını mövcud vəziyyətə uyğun şəkildə qiymətləndirir.
ABŞ və İran arasında gərginlik davam etdiyi bir vaxtda Vaşinqtonun quru əməliyyatı ehtimalını tam istisna etməməsi regionda vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı ehtimalları gündəmdə saxlayır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 08 Mart 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















