Tramp və Putin görüşü müharibədə dönüş nöqtəsi olmayacaq, əksinə… ŞOK PROQNOZ KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın nüfuzlu The Wall Street Journal (WSJ) nəşri yazır ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşə razılıq verməsi müharibəyə son qoymaq məqsədi daşımır, əksinə, vaxt udmaq cəhdidir.
KONKRET.az xəbər verir ki, nəşrin analizinə görə, bu görüşün Ukrayna müharibəsində dönüş nöqtəsi olacağı ehtimalı azdır.
Məqalədə qeyd olunur ki, Putin danışıqlar zamanı Rusiya qoşunlarının Ukraynanın bəzi bölgələrindən çıxarılması müqabilində işğal altındakı ərazilərin bir hissəsinin rəsmi Moskvanın nəzarətinə keçməsini təklif edə bilər.
Lakin Kiyev və Avropa bu təklifi qəbul etməzsə, bu, Putinin xeyrinə işləyə bilər. Belə olan halda, detallarla nadir hallarda maraqlanan Tramp Ukraynanı müharibəni davam etdirməkdə günahlandıra bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















