Icma.az
close
up
RU
Qızılın qiyməti ilə bağlı ŞOK PROQNOZ KONKRET

Qızılın qiyməti ilə bağlı ŞOK PROQNOZ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər.

KONKRET.az xəbər verir ki,  bunu “Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov report.az-a bildirib.

Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin artmasına və nəticə etibarilə qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub:

“Münaqişənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı fonunda investor davranışında dəyişiklik müşahidə edilib. Qeyri-müəyyənlik şəraitində investorlar dəyərini qoruyan sabit aktivlərə – xüsusilə qiymətli metallara, o cümlədən qızıla – üstünlük verməyə başlayıb”.

Ekspert qeyd edib ki, həmin dövrdə qızılın spot qiyməti bir unsiya üçün 3 430 ABŞ dollarına qədər yüksəlib, bu isə bir həftə ərzində təxminən 4 % artım demək idi:

“Qiymət artımına yalnız hərbi münaqişə deyil, həm də qlobal inflyasiya riski, aparıcı dövlətlər arasında ticarət gərginliyi, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi təsir göstərmişdi. İyunun sonunda Yaxın Şərqdə əldə edilmiş atəşkəs razılaşması fonunda bölgədəki gərginlik nisbətən azalmış və nəticədə qızılın qiyməti 3 320 ABŞ dollarına qədər geriləmişdi. Bu, ay ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biri olub”.

Bununla belə, R.Əmircanovun sözlərinə görə, ABŞ-də büdcə kəsirinin artması, dolların zəifləməsi fonunda qızılın qiyməti yenidən artım trayektoriyasına qayıdıb:

“ABŞ Prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini təsdiq etməsi narahatlıqları artıraraq qiymətli metallara olan tələbi gücləndirib. Bundan əlavə, yaxın günlərdə qüvvəyə minəcək yeni tariflər və ticarət siyasətindəki qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir. Son bir həftə ərzində qızıl 3 %-dən çox bahalaşaraq, əvvəlki həftə İsrail-İran atəşkəsi fonunda baş vermiş qiymət itkilərini qismən kompensasiya edib”.

Komitə sədri deyib ki, dünya bazarında qiymətli metallara, xüsusilə qızıl-gümüşə maraq son aylarda daha da artır:

“Bu artımın əsas səbəbləri qlobal geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ölkələr arasında ticarət mübahisələri və bir sıra dövlətlərin mərkəzi banklarıməm qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsidir. Digər qiymətli metallarla müqayisədə qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində daha etibarlı investisiya aləti kimi çıxış edir və bu da onun qiymətinin artmasına səbəb olur”.

Onun sözlərinə görə, Azərbaycan bazarında qızıl və gümüş qiymətləri əsasən dünya birjalarındakı tendensiyaları izləyir:

“Qlobal qiymət artımı yerli bazarda, xüsusilə idxal olunan zinət əşyalarında və xammalda da qiymətlərin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, yerli istehsal olunan məhsulların maya dəyəri də dünya bazarında baş verən dəyişikliklərdən təsirlənir. Nəticə etibarilə, beynəlxalq bazardakı hər bir hərəkətlilik Azərbaycanda da qiymət səviyyəsinə birbaşa təsir göstərir”.

Ekspert deyib ki, son dövrlərdə gümüş, platin və palladium bazarlarında nəzərəçarpacaq qiymət artımları müşahidə olunur ki, bu da hər üç metalın həm sənaye, həm də investisiya məqsədli istifadə sahələrinin genişlənməsi ilə bağlıdır:

“Gümüş bazarında artım əsasən bu metalın həm sərmayə aləti, həm də sənaye üçün strateji əhəmiyyət daşıması ilə əlaqəlidir. Xüsusilə günəş panelləri, batareyalar və digər yüksək texnologiyalı məhsulların istehsalında gümüşə olan tələbat sürətlə artır. Bununla yanaşı, gümüş qızıla nisbətən daha əlçatan və qiymət dəyişikliklərinə daha həssas bir alternativ olaraq investorlar üçün getdikcə daha çox cəlbedici hesab olunur. Hazırda gümüşün 1 unsiyasının qiyməti 37 ABŞ dollarıdırr”.

Onun sözlərinə görə, platin bazarında da qiymətlərdə əhəmiyyətli yüksəliş qeydə alınıb:

“Son bir ay ərzində platin 20 %-ə qədər bahalaşaraq 1 360–1 410 ABŞ dolları/unsiya diapazonunda ticarət olunur. Platin əsasən avtomobil sənayesində – daxili yanma mühərrikləri və hibrid nəqliyyat vasitələrində istifadə edilən katalitik neytrallaşdırıcılarda – geniş tətbiq olunur. Bununla yanaşı, zinət əşyaları və investisiya tələbatı da bu metalın bazar mövqeyini gücləndirir. Artıq üç ildir ki, platin bazarında tələbat təklifi üstələyir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olmuş və bu artımın yaxın dövrdə də davam edəcəyi proqnozlaşdırılır. Palladium bazarında qiymət artımı daha mülayim olsa da, sabit dinamika qorunur. Hazırda palladiumun bir unsiyasının qiyməti 1 330–1 160 ABŞ dolları intervalında dəyişir. O isə əsasən avtomobil sənayesində emissiyaların azaldılması üçün istifadə olunan sistemlərdə tətbiq olunur. Bu sektorda sabit tələbat qiymətin dəstəklənməsinə səbəb olur”.

R.Əmircanov sonda vurğulayıb ki, mövcud qlobal iqtisadi və siyasi şərait qiymətli metallarda, xüsusilə qızıl üzrə qiymət artımının davam edəcəyini göstərir:

“2025-ci ilin II yarısı üçün mövcud proqnozlara əsasən, qızılın 1 unsiyasının 3 400–3 600 ABŞ dolları intervalında ticarət olunacağı gözlənilir. Gümüş və platin bazarlarında da tələbatın təklifi üstələməsi fonunda qiymət artımı ehtimal olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyul 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri