Icma.az
close
up
RU
Manatı dollara çevirək, ya əksinə? Ekspertdən proqnoz

Manatı dollara çevirək, ya əksinə? Ekspertdən proqnoz

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Qlobal miqyasda artan geosiyasi gərginliklər maliyyə bazarlarında dalğalanmanı gücləndirib və investor davranışlarına birbaşa təsir göstərməkdədir. Xüsusilə böyük güclər arasında baş verən qarşıdurmalar enerji qiymətlərindən tutmuş kapital axınlarına qədər bir çox sahədə qeyri-müəyyənlik yaradır. Bu proseslər fonunda inkişaf etməkdə olan ölkələrin milli valyutaları da təzyiq
altında qala bilər. Azərbaycan iqtisadiyyatı üçün də belə risklərin mümkün təsirləri aktuallığını qoruyur.

Bu barədə iqtisadçı ekspert Azər Bayramlı Demokrat.az-a bildirib ki, qlobal geosiyasi gərginliklər həqiqətən də bir çox ölkələrin milli valyutalarına təzyiq yaradır, amma manatın vəziyyəti bir qədər fərqlidir:
“Azərbaycan üzən məzənnəyə tam keçməyib və manat əsasən Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə olunan rejimdə saxlanılır. Bu o deməkdir ki, məzənnə bazarın sərbəst dalğalanmasından çox, dövlətin valyuta ehtiyatları və siyasəti ilə qorunur. Hazırda əsas amil neft və qaz gəlirləridir. Əgər enerji qiymətləri yüksək qalarsa və xüsusilə neft bahalaşarsa, ölkəyə daxil olan valyuta axını artır və bu, manatı sabit saxlayan əsas faktorlardan biridir. Bu baxımdan qlobal risklərin artması paradoksal olaraq Azərbaycan üçün müəyyən dərəcədə qoruyucu effekt də yarada bilər. Amma risk ssenariləri də var. Əgər qlobal böhran dərinləşərsə, kapital axınları zəifləyər, ticarət tərəfdaşlarında iqtisadi durğunluq yaranar və ya enerji qiymətləri sonradan kəskin düşərsə, manat üzərində təzyiq arta bilər. Belə hallarda ya valyuta ehtiyatları hesabına məzənnə qorunur, ya da tədrici devalvasiya baş verə bilər”.
O deyib ki, qısa və orta müddətdə ən real ssenari manatın sabit saxlanılmasıdır:
“Çünki dövlətin kifayət qədər valyuta ehtiyatları var və məzənnənin kəskin dəyişməsi iqtisadi və sosial baxımdan arzuolunan deyil. Kəskin devalvasiya yalnız çox ciddi və uzunmüddətli xarici şoklar halında mümkün görünür. Hazırkı şəraitdə manat üçün əsas risk birbaşa geosiyasətdən çox, bu gərginliyin enerji qiymətlərinə və ixrac gəlirlərinə necə təsir etməsindən asılıdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri