Icma.az
close
up
RU
Putin və Tramp bu gecə Ukraynanı BÖLƏCƏK?

Putin və Tramp bu gecə Ukraynanı BÖLƏCƏK?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hər halda liderlərin görüşü onu deməyə əsas verir ki, tərəflər ən azı bir-birinin şərtlərini müzakirə etməyə hazırdırlar. İstisna deyil ki, artıq 3 il davam edən müharibədən sonra ruslar rasional düşünərək Trampın şərtlərini qəbul edəcəklər. Lakin sirr deyil ki, Rusiya üçün hər ay keçdikcə müharibəni aparmaq iqtisadi baxımdan daha da çətinləşir”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında politoloq Zaur İbrahimli bu gün ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində baş tutacaq görüş haqqında danışarkən deyib. 

​​​​

O bildirib ki, bu, uzun bir prosesin başlanğıcı ola bilər:

“Liderlər şifahi razılığa gələ, bundan sonra işçi qrupları və ekspertlər səviyyəsində razılaşmalar əldə oluna bilər. Lakin bu, liderlərin razılığının dərhal praktikada tətbiq olunacağı anlamına gəlmir. Həm Tramp, həm Putin görüşdən sonra gələcək sülh perspektivlərinin açıldığı barədə bəyanatlar verə bilərlər. Amma bu, o demək deyil ki, dərhal atəşkəs əldə olunacaq. Rusiyanın indiki halda atəşkəsə gedəcəyini düşünmürəm. Güman ki, onlar Ukraynanın öhdəliklərinin dəqiq müəyyənləşdirildiyi bir danışıqlar mərhələsini tələb edəcəklər. Yalnız bundan sonra Moskva danışıqlara gedə bilər”. 

Zaur İbrahimli qeyd edib ki, ABŞ və Rusiya liderlərinin Ukraynanı bölməsi ilə bağlı iddialar səsləndirmək düzgün olmazdı:

“Sadəcə olaraq, Ukraynada 2022-ci ildən bəri davam edən müharibə elə bir mərhələyə çatıb ki, hərbi sahədə Rusiyanı məğlub etmək artıq qeyri-mümkün görünür. O baxımdan, bu vəziyyətdə Rusiyanı kapitulyasiyaya məcbur etmək mümkün deyil. Eyni zamanda, Rusiya da qarşıya qoyduğu hərbi məqsədlərə nail olmaqda çətinlik çəkir. İndiki templə Rusiya ilkin hərbi hədəflərinə çatmaq üçün uzun müddət böyük enerji resursları sərf etməlidir. Burada söhbət Luqansk və Donetsk inzibati sərhədlərinə çıxmaq, oranı tamamilə işğal etmək məqsədindən gedir. Üstəlik, Zaporojye və Xerson vilayətləri də Rusiya tərəfindən tam işğal olunmayıb. Ruslar cəbhə xəttində müəyyən taktiki üstünlüyə malikdirlər və gözlənilir ki, qarşıdakı iki ayda bu üstünlüklərini daha da möhkəmləndirəcəklər.
Lakin hərbi ekspertlərin ortaq fikri ondan ibarətdir ki, Rusiyanın bu irəliləyişləri strateji qələbə deyil. Yəni Ukraynanın müdafiə xəttini tamamilə sarsıdacağı və rəsmi Kiyevin cəbhədəki məğuliyyətlərə görə ağ bayraq qaldıracağı gözləntisi sadəlövhlük olardı. Ukrayna kifayət qədər effektiv müdafiə oluna bilir və ordunun texnoloji inkişafı, müasir silahlarla təchizatı davam etdikcə, Rusiyanın hərbi yolla tam kapitulyasiyaya nail olması məqsədi indiki perspektivdə əlçatan görünmür”. 

Politoloq vurğulayıb ki, hazırda müharibə həm Ukraynanın, həm onun tərəfdarlarının, həm də Rusiyanın nəhəng resurslarını "udur":

“Artıq Rusiya iqtisadiyyatında ciddi problemlər başlayıb. Qərb ölkələri də başa düşür ki, müharibə uzanarsa, bu, böyük maliyyə və resurs itkilərinə səbəb olacaq. Belə bir resurs müharibəsi illərlə davam edə bilər. Bu baxımdan, indi müharibənin bitirilməsi istəyi həmişəkindən daha qabarıq görünür.

ABŞ, Ukrayna-Rusiya müharibəsinin sona çatması və danışıqlar mərhələsinə başlanmasını arzulayır. Çünki Vaşinqtonun əsas strateji məqsədi Cənub-Şərqi Asiya və Sakit Okean bölgəsində mövqelərini möhkəmləndirmək, Çinlə artan rəqabətdə bütün resurslarını həmin regiona yönəltməkdir. Avropa İttifaqı ölkələri də indiki şərtlərdə, hətta Ukraynanın müəyyən ərazi itkisi hesabına olsa belə, atəşkəsin elan olunmasını və sülh sazişi imzalanmasını istəyirlər. Bu, hadisələrin “Koreya ssenarisi” ilə inkişafı deməkdir. Qərbin məqsədi Cənubi Koreya timsalında Ukraynanı güclü dövlətə çevirmək və xüsusilə Avropa İttifaqı ölkələri hesab edirlər ki, güclü Ukrayna Rusiya ilə qonşu regionlar üçün əlverişli bufer zona ola bilər. İlkin mərhələdə Ukraynanın Avropa İttifaqına üzvlüyü, daha sonra isə NATO-ya qəbul olunması Avropanın strateji hədəfidir”.

Zaur İbrahimlinin sözlərinə görə, bu məsələdə ABŞ və Avropa arasında müəyyən fikir ayrılığı var: 

“Bu fikir ayrılığı Ukraynaya veriləcək zəmanətlərlə bağlıdır. Avropa daha güclü, hüquqi baxımdan təmin olunmuş zəmanətlər istəyir və bu prosesdə ABŞ-nin də məsuliyyəti bölüşməsini tələb edir. ABŞ isə əksinə, Ukrayna ilə iqtisadi sövdələşmələrə üstünlük verir. Tramp administrasiyası hesab edir ki, məhz bu sövdələşmələr Ukrayna üçün ən böyük zəmanətdir. Avropa ölkələri düşünür ki, Ukraynanın neytral statusu müəyyən zaman müddətində məhdudlaşdırılmalıdır. ABŞ isə hesab edir ki, burada neytral status üçün zaman məhdudiyyəti qoyulması düzgün olmaz. Ukrayna neytral ölkə kimi qalmalıdır və neytrallıq Rusiyanın əsas şərtidir”.

Politoloq bildirib ki, Rusiyanın müharibəni yekunlaşdırmaq üçün ciddi səbəbləri var: 

“Rasional təhlil göstərir ki, müharibəni bu tempdə davam etdirmək Rusiya iqtisadiyyatı üçün çətinliklər yaradır və Çindən asılılığı artırır. Hazırda Trampın təklifləri Moskva üçün daha əlverişli şərtlər kimi görünür. Bir çox analitiklər bu fikirdə həmrəydirlər. Lakin Rusiyanın hazırkı rəhbərliyi fərqli strategiyaya üstünlük verir. Son illər aparılan siyasət göstərir ki, Moskva SSRİ-ni fərqli formatda bərpa etmək niyyətindədir. Burada məqsəd Rusiya ətrafında yarımüstəqil, amma Moskvanın qeyri-rəsmi tabeliyində olan keçmiş Sovet respublikaları yaratmaqdır. Bunun ən bariz nümunəsini Belarusda görürük.

Əgər bu strategiya davam edərsə, Rusiya Tramp ilə saziş imzalamayacaq. Rasional baxımdan isə Moskva üçün ən yaxşı seçim Trampın şərtlərini qəbul etmək olardı. Amma Rusiya siyasətində çox zaman irrasional motivlər ön plana çıxır. Bu səbəbdən Prezident Putinin hansı addımlar atacağını indidən söyləmək çətindir. Son günlər Trampın gözləntiləri də aşağı saldığı müşahidə olunur. O, əvvəlki bəyanatlarından fərqli olaraq bildirir ki, bu dəfə Putini sadəcə dinləmək üçün gedir və görüşdən böyük nəticələr gözləmir”.

Əfsanə Rəcəb
”Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see406

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see345

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see339

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see309

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see247

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see222

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see174

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see146

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri