Icma.az
close
up
RU
“Tramp və Putinin Budapeşt görüşü: “Tomahawk“ raketləri mübahisə mövzusudur“ “Deutsche Welle“

“Tramp və Putinin Budapeşt görüşü: “Tomahawk“ raketləri mübahisə mövzusudur“ “Deutsche Welle“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu raketlər Ukraynaya verilərsə, sülh danışıqları təxirə salına bilər..."

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə iki saatdan artıq davam edən telefon danışığından sonra sensasion bəyanat verib: o, Putinə Budapeştdə görüşməyi təklif edib və Kreml bu təklifi qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Trampın sözlərinə görə, məqsəd "utanverici müharibəyə son qoymaqdır". Görüşün texniki hazırlanması gələn həftə yüksək səviyyəli ABŞ-Rusiya nümayəndə heyətlərinin toplantısında müzakirə olunacaq və ABŞ tərəfini Dövlət katibi Marko Rubio təmsil edəcək.

Bu danışıq Zelenskinin ABŞ-a səfərindən cəmi bir gün əvvəl baş tutub. Tramp bildirib ki, Putinlə söhbətin nəticələrini şəxsən Oval kabinetdə Zelenski ilə müzakirə edəcək. ABŞ lideri bir daha təsdiqləyib ki, o, Rusiya və Ukrayna prezidentlərini bir masa arxasında əyləşdirməyin hələ də mümkün olduğuna inanır.

Kreml "Tomahawk"larla bağlı xəbərdarlıq edir

Putinin köməkçisi Yuri Uşakov danışıqları "tamamilə açıq və etibarlı" adlandıraraq Kreml versiyasını açıqlayıb. Onun sözlərinə görə, Putin Trampa açıq şəkildə deyib ki, ABŞ Ukraynaya uzaqmənzilli "Tomahawk" raketləri göndərsə, bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək, amma Moskva ilə Vaşinqton arasında münasibətlərə "ciddi zərbə vuracaq" və sülh perspektivlərini tamamilə dağıda bilər.

Hətta Rusiya rəsmisinin fikirlərindən belə nəticə çıxır ki, Kreml bu raketlərin veriləcəyi təqdirdə ehtimal olunan Budapeşt görüşündən də imtina edə bilər. Eyni mövqeni Trampın özü də etiraf edib: onun sözlərinə görə, Putin açıq şəkildə "heç kəs istəmir ki, ona "Tomahawk"karla atəş açılsın" deyib.

Raketlər Ukraynaya verilsin,  yoxsa ABŞ-ın öz arsenalında saxlanılsın?

Telefon danışığından sonra jurnalistlərin qarşısına çıxan Tramp maraqlı etiraf edib: "Bizim də öz ordumuz üçün "Tomahawk"lara ehtiyacımız var. Onlar çox güclüdür, çox dəqiqdir, amma biz ehtiyatlarımızı tükəndirə bilmərik". Bu bəyanat Vaşinqtonun Ukraynaya hərbi yardım siyasətində yeni bir xəttin yarandığına işarə edir: ABŞ artıq silahların yalnız siyasi deyil, strateji istehsal ehtiyatı baxımından da hesabını aparır.

Budapeşt görüşünün hüquqi problemi

Macarıstan baş naziri Viktor Orban bu təşəbbüsü dərhal alqışlayıb: "Bu, dünya üçün yaxşı xəbərdir. Biz hazıraq!" - o  "X" sosial şəbəkəsində yazıb. Lakin mühüm hüquqi məqam var: Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və həmin məhkəmə Putinin həbsi üçün order verib. Budapeşt bu rejimdən çıxmaq üçün səsvermə keçirib, amma proses hələ başa çatmayıb. Bu isə o deməkdir ki, görüş təşkil olunsa belə, Orban hökuməti beynəlxalq hüquqla siyasi reallıq arasında seçim etməli olacaq.

Zelenski nə düşünür?

Ukrayna prezidenti son bir həftədə Tramp ilə iki dəfə danışıb və söhbətlərin "çox məhsuldar" olduğunu bildirib. O da etiraf edib ki, Rusiya "Tomahawk"lardan qorxur və bu qorxu Kiyevin danışıqlarda əlini gücləndirə bilər. Nəticə etibarilə, Tramp-Putin xətti yeni fazaya qədəm qoyur. Bu, sülhə aparan yol ola bilərmi, yoxsa "Tomahawk"lar diplomatiyanı yenidən partladacaq? Budapeşt görüşü, əgər baş tutarsa, yalnız simvolik deyil, həm də tarixi sınaq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri