Icma.az
close
up
RU
“Tramp Ukraynaya “Tomahawk” raketlərinin verilməsi üçün şərtləri açıqlayıb“ “Deutsche Welle“

“Tramp Ukraynaya “Tomahawk” raketlərinin verilməsi üçün şərtləri açıqlayıb“ “Deutsche Welle“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Mən demək olar ki, qərar vermişəm, amma bu müharibənin eskalasiyasını istəmirəm..."

ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərinin göndərilib-göndərilməməsi ilə bağlı "demək olar ki, qərar verdiyini" bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.сom" nəşri yazıb.

Nəşr qeyd edir ki, Tramp jurnalistlərlə söhbətində bu məsələni hələ tam bağlamadığını, lakin qərarını Ukraynanın bu silahları "haraya yönəldəcəyindən" asılı olaraq verəcəyini qeyd edib. "Düşünürəm, bilmək istəyirəm ki, onlar bu raketlərlə nə edəcəklər. Hara atmaq fikrindədilər? Bunu soruşmalıyam. Mən bu müharibənin eskalasiyasını istəmirəm", - Tramp "Reuters" agentliyinə açıqlamasında bildirib.

Prezidentin sözlərinə görə, məsələ hazırda həm ABŞ administrasiyasında, həm də NATO daxilində müzakirə olunur. Jurnalistlərdən biri Trampdan soruşub: raketlər birbaşa Ukraynaya veriləcək, yoxsa əvvəlcə NATO ölkələrinə satılacaq və oradan Kiyevə ötürüləcək? Cavabında Tramp "qərarın böyük ölçüdə formalaşdığını, amma bəzi sualların hələ açıq qaldığını" söyləyib.

"Tomahawk"lar Putini danışıqlara məcbur edə bilər"

"The Telegraph" qəzetinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən toplantısında Tramp ilə qapalı görüş zamanı ABŞ-dan "Tomahawk" raketləri istəməyini xahiş edib. Onun sözlərinə görə, 1250-2500 km mənzilə malik bu silahlar "Putini sülh danışıqları masasına oturmağa məcbur edə bilər".

Eyni mövzuda "The Wall Street Journal" yazır ki, oktyabrın 1-də ABŞ administrasiyası artıq Ukraynaya uzaqmənzilli zərbələr üçün kəşfiyyat məlumatlarının ötürülməsini təsdiqləyib. Mənbələrə görə, bu addım Tramp administrasiyasının Kiyevə daha güclü silahlar vermək imkanlarını nəzərdən keçirdiyi bir vaxtda atılıb.

Lakin "Reuters" xəbər agentliyi qeyd edir ki, "Tomahawk" raketlərinin Ukraynaya ötürülməsi real görünmür, çünki bu silahlar əsasən ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulub. Mənbələr bildirir ki, daha məntiqli variant Ukraynaya qısamənzilli raketlərin verilməsi ola bilər, məsələn, 2024-cü ildə göndərilmiş ATACMS raketləri kimi - onların vurma məsafəsi 300 km-ə qədərdir.

"Bu, Moskva-Vaşinqton münasibətlərini dağıdacaq"

Rusiya prezidenti Vladimir Putin Trampın Ukraynaya uzaqmənzilli raketlər verməsi ehtimalını "Rusiya-ABŞ münasibətlərində yaranmış müsbət meylin
tam dağılması" kimi qiymətləndirib. "Əgər belə bir qərar verilərsə, bu, bizim münasibətlərimizin pozulmasına gətirəcək. Mən sadəcə düşündüyümü deyirəm. Amma bundan sonra hadisələrin necə cərəyan edəcəyi təkcə bizdən asılı deyil", - Putin vurğulayıb.

Qərarın geosiyasi çəkisi

Trampın hələ tam qərar verməməsinə baxmayaraq, Ukraynaya "Tomahawk" raketlərinin ötürülməsi məsələsi artıq Qərb diplomatiyasında əsas müzakirə mövzusuna çevrilib. Bu qərar yalnız Kiyevin hərbi imkanlarını deyil, həm də Moskva və Vaşinqton arasında münasibətlərin gələcəyini müəyyən edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri