Tramp və Zelenskini ifşa edən şəxs konqresmen oldu FOTO
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2019-cu ildə Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbəti ifşa edən ukraynalı siyasətçi Aleksandr Vindman ABŞ Nümayəndələr Palatasında təmsilçilik uğrunda mübarizəni Virciniya ştatından qazanıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
“Sizin dəstəyinizlə çoxlarının mümkünsüz hesab etdiyi uğura birlikdə nail olduq. Cibində 800 dollardan az pulla bu ölkəyə gələn bir mühacirin indi burada Birləşmiş Ştatların Nümayəndələr Palatasının seçilmiş konqresmeni kimi dayandığı bunun sübutudur”, - Vindman açıqlamasında qeyd edib.
Aleksandr Vindman qardaşı ilə Trampın Zelenski ilə söhbətinin təfərrüatlarını açıqladıqdan, həmçinin 2019-cu ilin sentyabrında impiçment işində respublikaçıya qarşı ifadə verdikdən sonra məşhurlaşıb. Onun sözlərinə görə, Tramp söhbət zamanı deyib ki, Zelenski ABŞ prezidentliyinə o zamankı namizəd Co Baydenin oğlu Hunter Baydenin Ukraynada korrupsiya faktına baxsa, yaxşı olardı.
Xatırladaq ki, 2020-ci ilin fevralında Tramp Vindmanı çox itaətsiz olduğu üçün Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə mütəxəssisi vəzifəsindən azad etmişdi.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















