Icma.az
close
up
RU
Tramp Yaxın Şərqdə sülhə və sabitliyə töhfə verə bilər ŞƏRH

Tramp Yaxın Şərqdə sülhə və sabitliyə töhfə verə bilər ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika Prezidenti Donald Tramp açıqlamasında bildirib ki, Yaxın Şərqdə, xüsusilə Qəzzada sülhün əldə olunmasına çox az qalıb.

Bu, nə dərəcədə inandırıcıdır?

Redaktor.az-a mövzu haqda açıqlama verən politoloq Elçin Xalidbəyli bildirdi ki,  ABŞ Prezidenti Donald Tramp dünyada sülh yaradan dövlət lideri imici uğrunda olduqca ciddi şəkildə mübarizə aparır, bəzi hallarda bu ona nəsib olur.

Onun sözlərinə görə, Yaxın Şərqdə situasiya elədir ki, bu regionun yenidən dizayn olunması prosesi olduqca qəliz məzmun daşımağa başlayıb:

"Ona görə də əvvəlcədən Trampın Yaxın Şərqdə sülhə və sabitliyə nail olub-olmayacağı barədə qəti fikir bildirmək çox çətindir. Əsas faktor olaraq İsrailin ABŞ-nin əsas müttəfiqi olduğunu nəzərə aldıqda, müəyyən pozitiv addımların atıla biləcəyi istisna edilmir. Çünki İsrail Yaxın Şərqdə atdığı bütün addımları Amerika Birləşmiş Ştatları ilə razılaşdırır. Amerika Birləşmiş Ştatları İsraili qeyd-şərtsiz bütün istiqamətlər üzrə dəstəkləyir. Əgər Ağ Evdə prinsipial qərar qəbul olunarsa və İsraildən çoxlu insan tələfatına səbəb olan hərbi əməliyyatların dayandırılmasını tələb edilərsə, İsrail Amerika Birləşmiş Ştatlarının tələbini yerinə yetirmək məcburiyyətində qala bilər".

Politoloqun fikrincə, bu halda Qəzza bölgəsində, eləcə də bütövlükdə Yaxın Şərqdə İsrailin hərbi əməliyyatları dayanmış olar və bu da regional sülhün, sabitliyin əsasını qoya biləcək önəmli bir faktordur:

"Bu baxımdan hesab eləmək olar ki, Donald Trampın Yaxın Şərqdə sülhə və sabitliyə töhfə vermək kimi bir şansı var və hətta Donald Tramp sülh planını da elan edib. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri Qəzza bölgəsində müvəqqəti hökumətin rəhbəri təyin olunması ilə bağlı da bir razılaşmanın olduğu bildirilir. Yəni Qəzzada Toni Bleyerin rəhbərliyi altında yeni dövlət strukturlarının formalaşma ehtimalı mövcuddur. Bütün bunlar onu göstərir ki, ABŞ Prezidenti Donald Tramp həqiqətən bu məsələyə israrlı yanaşarsa, Yaxın Şərqdə doğrudan da sülh və sabitlik bərqərar ola bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri