Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yaxın Şərqdə sükut aldadıcıdır? ŞƏRH

Yaxın Şərqdə sükut aldadıcıdır? ŞƏRH

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son günlər İranla ABŞ arasında guya müəyyən danışıqların getdiyi, hətta İranla Oman arasında Hörmüz boğazının statusu, rejimi və oradan keçid qaydalarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı, müəyyən razılığın əldə edildiyi, ABŞ-nin da bu razılaşmaya müsbət yanaşdığı barədə məlumatlar yayılıb. Lakin hazırkı vəziyyətə baxdıqda görünür ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hücumlardan və daha sonra hücumların dayandırılması ilə yaranan fasilədən sonra sanki tərəflər "taym-aut" götürüblər. Bu müddət ərzində danışıqların getdiyi, İranın bəzən bu danışıqlardan imtina etdiyi, ABŞ-nin isə Hörmüz boğazı ilə bağlı məqsədlərinə nail olduğu kimi iddialar səsləndirilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

Müsahibimizin fikrincə, hazırda hər hansı ciddi siyasi danışıqlardan söhbət getmir:

"Ola bilsin ki, texniki səviyyədə nümayəndə heyətləri arasında, vasitəçilərin iştirakı ilə müəyyən təmaslar mövcuddur. Məsələn, Pakistan, Qətər və ya Türkiyə kimi ölkələrin vasitəçiliyi ilə ABŞ və İran bir-birinə iradlarını, təkliflərini və tələblərini çatdırırlar. Lakin hesab edirəm ki, ortada nə konkret sənəd var, nə də hər hansı razılaşma mövcuddur. Sonuncu 14 bəndlik anlaşma memorandumu da faktiki olaraq işləmir. Hazırda ABŞ öz müttəfiqləri, o cümlədən İsraillə birlikdə Yaxın Şərqdə hərbi qüvvələrinin yerdəyişməsini həyata keçirir və mövqelərini gücləndirir. İran da öz növbəsində Yəməndəki husilər, İraqdakı İrana bağlı silahlı qruplar, Livandakı Hizbullah və digər müttəfiq qüvvələrlə koordinasiyalı şəkildə hərbi strategiyasını davam etdirir. Son günlər husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında fəaliyyətini genişləndirməsi, Səudiyyə Ərəbistanının neft infrastrukturuna, eləcə də neft və qaz daşıyan tankerlərə zərbələr endirməsi onu göstərir ki, ortada heç bir razılaşma və ya konsensus yoxdur. Hətta dünən və bu gün yayılan məlumatlara görə, husilər Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinə də zərbələr endiriblər və nəticədə azı 60 nəfərin öldüyü bildirilir. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı "taym-aut" mənim qənaətimə görə, böyük eskalasiya öncəsi tərəflərin qüvvələrini yenidən qruplaşdırması və hazırlıq prosesindən ibarətdir".

Siyasətçi qeyd etdi ki, son günlər ABŞ-nin Yaxın Şərqdəki resurslarının demək olar ki, tükəndiyi barədə məlumatlar da yayılır:

"Hətta bu səbəbdən ABŞ-nin Ukraynaya əvvəlki həcmdə yardım göstərə bilmədiyi bildirilir. Son vaxtlar Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinin böyük hissəsinin hədəfə çatması da bu kontekstdə müzakirə olunur. Bu, bir daha onu göstərir ki, ABŞ İrana qarşı başladığı kampaniya çərçivəsində strateji resurslarının mühüm hissəsini sərf edib. Buraya Patriot PAC-3 raketləri və digər hava hücumundan müdafiə sistemləri də daxildir. Bu resursların azalması fonunda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının daha həssas vəziyyətə düşdüyü iddia olunur. Son dövrlərdə, xüsusilə Küveytdə yerləşən Amerika bazalarının İran tərəfindən hədəfə alınması ilə bağlı yayılan məlumatlar da bu fikirlərin əsaslandırılması üçün göstərilir".

Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərqdəki strateji planı ondan ibarətdir ki, İrana qarşı hücumlar davam etdirilsin və Tehran cavab verməyə məcbur olsun:

"Bunun nəticəsində İranın Körfəz və digər ərəb ölkələrini hədəfə alması, regionda daha genişmiqyaslı qarşıdurmanın yaranması ehtimalı artır. Mənim fikrimcə, ABŞ belə bir xaotik vəziyyətin öz strateji maraqlarına xidmət edəcəyini hesab edir. Düzdür, neft qiymətlərinin yüksəlməsi dünya iqtisadiyyatı üçün mənfi nəticələr doğurur və bu, ilk baxışdan ABŞ-nin maraqlarına uyğun görünmür. Lakin hesab edirəm ki, ABŞ artıq Yaxın Şərqin enerji resurslarından əvvəlki qədər asılı deyil. Venesuela nefti ilə bağlı prosesləri də nəzərə aldıqda, mənim qənaətimə görə, Vaşinqtonun əsas strateji hədəfi Yaxın Şərqdə eskalasiyanın artması, İranla Körfəz ölkələri arasında qarşıdurmanın dərinləşməsi və nəticədə region dövlətlərinin zəifləməsidir. Bu isə gələcəkdə İsrailin regional strateji hegemonluq konsepsiyasının həyata keçirilməsi üçün daha əlverişli şərait yarada bilər. Mən hesab edirəm ki, ABŞ-nin əsas müttəfiqi kimi İsrailə baxışı və strateji yanaşması da məhz bu istiqamətdə formalaşıb", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri