Icma.az
close
up
RU
Tramp yeni hücum siqnalı verdi: ABŞ İranı yenidən bombalayacaq?

Tramp yeni hücum siqnalı verdi: ABŞ İranı yenidən bombalayacaq?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır. ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib. O qeyd edib ki, Yaxın Şərqdə hazırkı nisbi sabitlik ABŞ ordusunun vaxtilə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub.

Trampın sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək:

“Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var”.

İranın bu açıqlamalara verəcəyi mümkün reaksiya bölgədə yenidən gərginliyin artmasına səbəb ola bilərmi? 

Moderator.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, ABŞ prezidenti Donald Trampın səsləndirdiyi bu bəyanat regionda gərginliyin daha da artmasına səbəb ola bilər:

“Məlumdur ki, İran nüvə proqramını davam etdirir və bunu maksimum dərəcədə məxfi şəkildə həyata keçirməyə çalışır. Lakin nüvə fəaliyyəti elə bir prosesdir ki, onu tam məxfi saxlamaq mümkün deyil. ABŞ və onun Yaxın Şərqdəki əsas müttəfiqi İsrail hər vasitə ilə çalışır ki, İranın nüvə silahına sahib olmasının qarşısı alınsın. Son İsrail–İran toqquşmalarında ABŞ da birbaşa iştirak etmişdi və İranın bir sıra nüvə obyektləri bombalanmışdı.

Lakin əsas sual budur: zənginləşdirilmiş uran tam olaraq sıradan çıxarıldımı? Bu məsələdə tərəflərin açıqlamaları arasında ziddiyyət var. İran iddia edir ki, obyektlərinə ciddi zərər dəyməyib. ABŞ isə əksinə, İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edildiyini vurğulayır. Hər şey gələcəkdə daha aydın görünəcək”.

Politoloqun sözlərinə görə,  İran nüvə proqramında ciddi irəliləyiş əldə etsə, ABŞ-ın yenidən zərbə endirmək ehtimalı yüksəkdir:

“Amma burada İraq və ya Əfqanıstan ssenarisi kimi genişmiqyaslı hərbi müdaxilədən söhbət gedə bilməz. Daha çox nöqtəvari zərbələr — nüvə obyektlərinə və bəzi strateji hərbi hədəflərə hava hücumları həyata keçirilə bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri