Icma.az
close
up
RU
Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Ötən gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşündə əsas məsələ təkcə “Rusiya və Ukrayna arasında sülh olacaqmı?” sualı deyil, müharibənin dayandırılması üçün hansı mərhələli razılaşmaların mümkün olması ilə bağlı danışıqların aparılması olub. Tramp enerji obyektlərinə zərbələrin dayandırılmasını Ukrayna Prezidenti Zelenskidən istəyib. Zelenski bildirib ki, əgər Rusiya Ukraynanın elektrik, istilik və su sistemlərinə hücumları dayandırsa, Ukrayna da Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələri dayandırmağa hazırdır".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Çingiz Şahbazi bildirdi.

Onun sözlərinə görə, Zelenski "Patriot" sistemləri və onların Ukraynada istehsalına dəstək məsələsini də yenidən gündəmə gətirib:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi açıqlamasına görə, qış üçün hava hücumundan müdafiə paketi də ABŞ Prezidenti Donald Trampla müzakirə olunub. Ukrayna Prezidenti Volodimir Zelenski Tramp vasitəsilə Moskvanı danışıqlara gətirmək məsələsinə açıq olduğunu bildirib və hətta ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşə də hazır olduğunu deyib. Əslində, ABŞ Prezidenti Donald Trampın “hər iki ölkə başçısı müharibənin bitməsini istəyir” mesajı məhz belə bir görüş üçün siyasi zəmin yaratmaq cəhdi kimi də oxuna bilər. Çünki Tramp Rusiya Prezidenti Vladimir Putinin yenidən görüşə hazır olduğunu düşündüyünü bildirib. Ukrayna ordusu tərəfindən Rusiyanın enerji sektoruna zərbələrin dayandırılmasını tələb edən ABŞ-nin burada, heç şübhəsiz ki, öz maraqlarının olduğu görünür".

Müsahibimiz vurğuladı ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri Rusiyanın yanacaq istehsalına ciddi təsir göstərib:

"Bu vəziyyət eyni zamanda dünya dizel qiymətlərinə təzyiq yaradır. Yüksək dizel qiymətləri hazırda Tramp administrasiyası üçün ciddi iqtisadi məsələ hesab olunur. Əlbəttə ki, görüşdən sonra hər iki lider arasında ehtiyatlı nikbinliyi hiss etmək olur. Tramp bunların gözləniləndən daha tez baş verə biləcəyini də məhz bu səbəbdən qeyd edib. Əslində isə Trampın hər zamankı kimi mesajları özünü doğrultmaya bilər. Çünki Vaşinqtonun diplomatik səylərinə baxmayaraq, Moskvanın real kompromisə hazır olduğuna dair açıq sübutlar çox deyil. Belə olan vəziyyətdə hesab etmək olar ki, Trampın təqdim etdiyi xətt, yəni “hər iki tərəf müharibədən yorulub və müharibəni bitirmək istəyir”, deməli, razılaşma mümkün olacaq iddiası ilə bir də real xətt var. Yəni istəmək başqa bir şeydir, bu razılığın hansı şərtlər altında baş verəcəyi isə tamamilə fərqli məsələdir. Əlbəttə ki, Tramp iki ölkəni yenidən masa arxasına gətirmək üçün çərçivə hazırlayır. Bu baxımdan da “hər iki lider müharibəni dayandırmaq istəyir” mesajını verməklə hər iki liderdən konkret addım atmalarını gözləyir. Hesab edirəm ki, bunu enerji atəşkəsi kimi kiçik bir razılaşmanın daha geniş danışıqlara çevrilməsi üçün cəhd olaraq qiymətləndirmək də olar".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:420
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri