Icma.az
close
up
RU
Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər Zelenski

Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər Zelenski

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Kiyev və onun müttəfiqləri Rusiyanın irəliləyişinə qarşı qətiyyətli addımlar atmazsa, ölkəsindəki münaqişə dünya müharibəsinə çevrilə bilər.

Sfera.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin "CBS" kanalında yayımlanan “60 Minutes” proqramına müsahibəsində Zelenski vurğulayıb ki, artıq üç ildən çoxdur davam edən münaqişə təkcə Ukraynanın deyil, bütün dünyanın təhlükəsizliyini təhdid edir.


“Əgər biz möhkəm dayanmasaq, Putin daha da irəliləyəcək”,– deyən Ukrayna lideri, Rusiya Prezidentinin məqsədinin Rusiya imperiyasını bərpa etmək və NATO tərəfindən qorunan əraziləri geri almaq olduğunu iddia edib.


Zelenskinin sözlərinə görə, ABŞ NATO-nun üzvü kimi genişmiqyaslı qarşıdurmada iştirak etməyə məcbur qalacaq və bu ssenari üçüncü dünya müharibəsinə yol aça bilər.


Atəşkəs məsələsinə toxunan Zelenski bildirib ki, bunu yalnız Ukraynanın təhlükəsizliyinə beynəlxalq zəmanətlə təmin etmək olar: “Bizim üçün ədalətli sülh – suverenliyimizi və müstəqilliyimizi itirməməkdir”.


Ukrayna lideri ölkəsinin Rusiya nəzarətində olan ərazilərini heç vaxt Rusiyanın bir hissəsi kimi tanımayacağını və həmin torpaqları geri qaytarmaqda israrlı olduqlarını vurğulayıb.


Zelenski həmçinin ABŞ prezidenti Donald Trampa dəfələrlə xəbərdarlıq etdiyini deyib: “Putinə etibar etmək olmaz”.


Onun fikrincə, daha əvvəl əldə olunan atəşkəslərin pozulmasının əsas səbəbi Rusiyanın münaqişəni sona çatdırmaq istəməməsidir.
Amerika xalqının Ukraynaya edilən yardımdan nə qazandığına dair suala cavab olaraq, Zelenski bu mübarizənin ortaq bir dəyər uğrunda olduğunu deyib: “Bizə silah verən ölkələr əslində öz xalqlarını da qoruyurlar”.


Zelenski həmçinin Donald Trampı Ukraynaya səfərə dəvət edərək, onu vəziyyəti yerində görməyə çağırıb: “Bu bir teatr olmayacaq. İstədiyiniz hər şəhərə gedə bilərsiniz. Sadəcə gəlin və vəziyyəti öz gözlərinizlə görün”, – deyə o bildirib.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri