Icma.az
close
up
RU
Tramp Zelenskiyə ərazi məsələlərinin müzakirəsi ilə bağlı vəd verdi

Tramp Zelenskiyə ərazi məsələlərinin müzakirəsi ilə bağlı vəd verdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə keçirəcəyi görüşdə ərazi məsələlərinin müzakirə olunmayacağını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə NBC və CNN öz mənbələrinə istinadla xəbər yayıblar.

Bildirilir ki, Tramp bu bəyanatı avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatıldığı Avropa liderləri ilə onlayn konfrans zamanı səsləndirib. O, əsas hədəfin qeyd-şərtsiz atəşkəsə nail olmaq olduğunu vurğulayıb.

Yeri gəlmişkən, ABŞ prezidenti və Avropa liderləri razılaşıblar ki, atəşkəs sülh danışıqlarından əvvəl əldə olunmalı, Ukrayna isə ərazilərin gələcəyi və sülh şərtlərinin müzakirəsində birbaşa iştirak etməlidir.

Mənbədən vurğulanıb ki, bununla belə, bəzi Avropa liderlərində Trampın Putinlə görüşün nəticələri barədə çox nikbin olmadığı təəssüratı yaranıb.

Digər mənbə bildirib ki, Tramp Ukraynaya ABŞ-nin də iştirakı ilə təhlükəsizlik zəmanətlərinin verilməsini dəstəkləyib. Adı açıqlanmayan keçmiş administrasiya rəsmisinin sözlərinə görə, Tramp müttəfiqləri yanında saxlamağa çalışır, lakin görüş zamanı hər şey baş verə bilər.

Videokonfrans iştirakçıları, həmçinin görüş uğursuz olduğu halda Rusiyaya qarşı yeni sanksiyalar və onun ticarət tərəfdaşlarına ikinci dərəcəli məhdudiyyətlərin tətbiqini müzakirə ediblər. Tramp bu məsələdə hər hansı öhdəlik götürməkdən çəkinib. Qeyd edək ki, o, bundan əvvəl Rusiya atəşkəsə razılaşmasa, "çox ciddi nəticələrin" olacağı ilə hədələmişdi. Moskva isə Qərb sanksiyalarını qanunsuz sayır və onların ləğvini Ukrayna münaqişəsinin həlli üçün əsas şərtlərdən biri kimi göstərir.

Qeyd edək ki, Tramp avqustun 8-də Ukrayna üzrə sülh sazişinin müəyyən ərazi mübadiləsini əhatə edə biləcəyini və Zelenskinin "nəyisə imzalamağa hazırlaşmalı" olacağını bildirmişdi. Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Putin yalnız ərazi mübadiləsi məsələsinin müzakirəsi şərti ilə Ukraynada atəşkəs danışıqlarına başlamağa hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri