Icma.az
close
up
RU
Trampdan Aİ yə vergi zərbəsi: O, danışıqlar nəticə vernir deyərək 50% gömrük vergisi tələb edib

Trampdan Aİ yə vergi zərbəsi: O, danışıqlar nəticə vernir deyərək 50% gömrük vergisi tələb edib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə bağlı ticarət siyasətində yeni addım atmağa hazırlaşır. Tramp iyunun 1-dən etibarən Avropa İttifaqından idxal edilən bütün mallara 50% rüsum tətbiq etməyi təklif edib.

Bizimyol.info "turkiyegazetesi"nə istinadən xəbər verir ki, Tramp "X" sosial media platformasında 2025-ci il iyunun 1-dən etibarən Aİ-dən gələn məhsullara 50% birbaşa tarif tətbiq etməyi tövsiyə etdiyini açıqlayıb.

Tramp öz paylaşımında: "Avropa Birliyi ABŞ-ı ticarətdə istismar etmək üçün yaradılıb. Onlarla məşğul olmaq son dərəcə çətindir. Güclü ticarət maneələri, ƏDV-lər, gülünc korporativ cərimələr, qeyri-monetar ticarət maneələri, valyuta manipulyasiyaları, Amerika şirkətlərinə qarşı ədalətsiz məhkəmələr və daha çox şey ABŞ-ın Aİ ilə ildə 250 milyard dollardan çox ticarət kəsiri yaratmasına səbəb olub. Bu, qətiyyən yolverilməzdir. Bizim onlarla söhbətimiz heç bir nəticə vermir. Ona görə də 2025-ci il iyunun 1-dən Avropa İttifaqından gələn məhsullara birbaşa 50% gömrük rüsumunun tətbiq edilməsini təklif edirəm. Əgər məhsul ABŞ-da istehsal olunubsa, bu vergi tətbiq edilməyəcək. Marağınıza görə təşəkkür edirik!”, - deyib.

Açıqlamadan sonra dollar əsas valyutalar qarşısında sürətlə dəyər itirib. Dollar İndeksi 0,60% ucuzlaşdı, Yapon yeni dollara nisbətdə 1% artaraq 142 olub. Avro 0,40% bahalaşaraq 1,13 səviyyəsinə çatıb.

Avropa fond bazarları da aşağı düşüb. Stoxx Europe 600 indeksi 2%, Frankfurt DAX 1.3%, London FTSE 100 1% və Paris CAC 40 2% ucuzlaşıb.

ABŞ fond fyuçersləri 1%-dən çox itki ilə üzləşib. Nasdaq fyuçersləri təxminən 2% ucuzlaşıb. Daxili olaraq Borsa İstanbulda enişlər sürətlənib. BIST 100 İndeksi elandan sonra 1%-dən çox itki ilə ticarət edir.

Tramp həmçinin “Apple”ın baş direktoru Tim Kuka mesaj göndərərək, ABŞ-da “iPhone” istehsal etməyi onlara tapşırdığını bildirib. Əks halda, Tramp bildirib ki, “Apple” 25%-lik əlavə tariflərə məruz qalacaq.

Əvvəllər “Apple” ticarət müharibələrinin təsiri ilə ABŞ-a xüsusi kirayələnmiş təyyarələrlə təxminən 1,5 milyon “iPhone” daşımışdı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri