Icma.az
close
up
RU
Trampdan Aİ yə mesaj: Razılaşma ehtimalı...

Trampdan Aİ yə mesaj: Razılaşma ehtimalı...

News24 saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İskoçiyada ticarət razılaşması məqsədilə görüş keçirib. Görüş Trampın Turnberrydəki golf kompleksində baş tutub.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Liderlər bildiriblər ki, Aİ ilə ABŞ arasında dünyadakı ən böyük ticarət əlaqəsi mövcuddur və əldə olunacaq mümkün razılaşma indiyə qədər imzalanmış ən böyük ticarət müqaviləsi ola bilər. Tramp ehtimalı “50 faiz” olaraq dəyərləndirərək əlavə edib: “Ursulanın da belə düşünəcəyini zənn edirəm. Ümid edirəm razılaşarıq, bu hər iki tərəf üçün yaxşı olar.”

Tramp ABŞ-ın Avropa ilə ticarətdə bir çox problemlərlə üzləşdiyini deyərək, bu məsələlərin həll olunmasını istədiyini vurğulayıb. Yeni tariflərin 1 avqustdan qüvvəyə minəcəyini bildirərək deyib: “Bu tarix hər kəs üçün keçərlidir, bütün razılaşmalar 1 avqustdan başlayır. Çelik və alüminium istisnadır. Bu məhsullara artıq təxminən hamıya 50 faiz rüsum tətbiq edirik.”

O bildirib ki, təkcə bu tariflərdən yüz milyardlarla dollar toplanıb və bu vəsait artıq rəqəmlərdə öz əksini tapır. “Çoxlu sayda polad, alüminium, süni intellekt və avtomobil zavodları inşa olunur və ya planlaşdırılır. Şirkətlər bu tarifləri ödəmək istəmirlər, bunun qarşısını almağın ən yaxşı yolu zavodu ABŞ-da qurmaqdır,” – deyə Tramp qeyd edib.

Tramp Avropanın ABŞ məhsullarına daha açıq olmalı olduğunu vurğulayıb: “Biz Avropa məhsullarına açığıq, bu həmişə belə olub. Avropa isə bizim avtomobillərimizi və kənd təsərrüfatı məhsullarımızı almaqda maraqlı deyil. Onlar öz məhsullarının satılmasını istəyirlər.”

Tramp, ABŞ-ın iki həftə əvvəl Qəzzaya 60 milyon dollar dəyərində ərzaq yardımı göndərdiyini, lakin bunun görməzlikdən gəldiyini bildirib: “Bu, dəhşətli bir şeydir. Heç olmasa bir nəfər ‘Təşəkkür edirəm’ deməli idi. Başqa heç bir ölkə heç nə vermədi.”

HƏMAS-ın əlində olan əsirlərlə bağlı danışan Tramp bildirib ki, əvvəlcə əsirlərin təhvil veriləcəyi gözlənilirdi, lakin sonra bu qərardan geri çəkiliblər: “Bu səbəbdən İsrail nəhayət bir qərar verməli olacaq.”

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri