Icma.az
close
up
RU
Trampdan Aİ yə mesaj...

Trampdan Aİ yə mesaj...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Rusiya neft və qazına Ukraynanın müdafiəsindən daha çox pul xərcləyiblər

Ağ Evdən “əliboş” dönən Ukrayna prezidenti Zelenski Londona üz tutmaqla apardığı müharibədə “alternativlərinin” olduğunu sübut etməyə çalışır. Hətta Aİ-nin Ukraynaya söz verdiyi yardımın məbləği belə bu yardımın “epizodik” xarakter daşıyacağını deməyə əsas verir. Aİ-nin Ukraynaya əsgəri yardım edəcəyi gözlənilmir və dəstək yalnız “əskinaslarla” müşayiət edilə bilər. Məbləğin azlığı isə diqqəti cəlb edib...

Belə ki, ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynanın müdafiəsinə kifayət qədər vəsait ayırmamaqda və əvəzində Rusiya enerjisinə daha çox pul xərcləməkdə ittiham edib. “Avropa Rusiya neft və qazına Ukraynanın müdafiəsindən daha çox pul xərcləyib”. Trampın öz sosial media hesabında yazdığı bu açıqlaması Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) ötən həftə dərc etdiyi hesabatına əsaslanır. Hesabata görə, Avropa İttifaqı ölkələri 2024-cü ilin üçüncü ilində Rusiyadan 21,9 milyard avro dəyərində fosil yanacaq alıb. Halbuki Avropa eyni dövrdə Ukraynaya cəmi 18,7 milyard avro maliyyə yardımı ayırıb.  Qeyd edək ki, Trampın bu açıqlaması Qərb ölkələrinin Ukraynaya dəstəyi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Avropanın enerji siyasətinə dair yeni müzakirələrə səbəb olub.

Aİ rəsmiləri təsdiqləyir: qaz tədarükü bütün idxalın 15 faizini təşkil edib...

Əslində rəqəmlərə diqqət yetirəndə Trampın müəyyən mənada haqlı olduğunu görmək mümkündür. Belə ki, xarici mətbuatın yazdığına görə, 2022-ci ildən bəri Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz idxalı artma-azalma temp ilə dəyişib. Məsələn, 2023-cü ildə Aİ Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib. Düzdür, bu rəqəm əvvəlki illərə nisbətdə aşağıdır.  Amma nəzər alınmalıdır ki, bu “alver” Qərbin iqtisadi sanksiyaları altında baş verib

2024-cü ilin yanvar-noyabr aylarında isə Rusiya Aİ-yə qaz tədarükünü 25 faiz artıraraq 49,6 milyard kubmetrə çatdırıb. Bu artım əsasən boru kəməri vasitəsilə tədarükün 26 faiz artması ilə əlaqədardır. Mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü də 18,2 faiz artaraq 19,3 milyard kubmetr olub. Nəticədə, Rusiyanın Aİ-nin ümumi qaz idxalındakı payı 15 faizə yüksəlib. Bu rəqəmlər Aİ rəsmiləri tərəfindən də təsdiqlənir. Belə ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib. O bildirib ki, ötən ilin sonunda Rusiyadan qaz tədarükü Aİ-nin bütün qaz idxalının 15 faizini, bir il əvvəl isə 22 faizini təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Aİ-nin 5 ölkəsi - Fransa, Macarıstan, Slovakiya, Belçika və İspaniya Rusiyadan ümumilikdə 1,2 milyard avro dəyərində neft və qaz idxal edib. Fransa bu dövrdə Rusiyadan 377 milyon avro dəyərində MTQ idxal edərək Aİ-də ən böyük alıcı olub.

Bəzi Avropa şirkətləri Rusiyadakı fəaliyyətini davam etdirib...

Bu rəqəmlərə ayrı-ayrı şirkətlərin misalında da baxmaq olar. Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra bir çox Avropa neft və qaz şirkəti Rusiyadakı fəaliyyətlərini dayandırsa da, bəzi şirkətlər əlaqələrini davam etdirdi. Məsələn, Avstriyanın OMV şirkəti müharibədən sonra da Rusiyadan neft və qaz tədarükünü davam etdirib. Bundan əlavə, İtaliyanın “Eni” şirkəti də Rusiya ilə enerji sahəsində əməkdaşlığını tamamilə dayandırmadı.

2022-ci ilin fevralından sonra bu gün özünü Kiyevin “himayədarı” kimi qələmə verən Qərb ölkələrinin şirkətləri də “boş dayanmayıb”. Məsələn, Almaniyanın aparıcı neft və qaz şirkəti olan “Wintershall Dea” müharibədən sonra da Rusiyadakı fəaliyyətini davam etdirib. Şirkət, Rusiyadakı layihələrində iştirakını qoruyub saxlayıb. Almaniyanın başqa bir enerji şirkəti “Uniper” də Rusiyadan təbii qaz tədarükünü davam etdirib və “Şimal Axını 2” layihəsində iştirak edib.

Fransadan isə əsasən böyük enerji şirkəti “TotalEnergies” müharibə dövründə Rusiyadakı bəzi layihələrindən çıxdığını bəyan etsə də, bəzi digər layihələrdə iştirakını davam etdirib. Şirkət, xüsusilə, Rusiya LNG (mayeləşdirilmiş təbii qaz) layihələrində iştirakını saxlayıb. Fransanın başqa enerji şirkəti “Engie” də Rusiyadan təbii qaz tədarükünü davam etdirib və “Şimal Axını 2” layihəsində maliyyə iştirakını qoruyub.

Neft-qaz sahəsindən kənar fəaliyyət...

Əslində Qərbin müharibə dövründə Moskva ilə münasibətlərində yalnız neft-qaz sahəsi önə çıxmayıb. Məsələn, Avstriyanın “Raiffeisen Bank International” bankı müharibədən sonra Rusiyada qalmağa davam edib və bu qərar nəticəsində səhmlərinin dəyəri 40 faiz azalıb. Bununla belə, 2022-ci ildə bankın Rusiyadakı əməliyyatlarının həcmi 2,2 milyard avroya qədər artaraq ümumi mənfəətin 60 faizin təşkil edib.

Almaniyanın mühəndislik şirkəti olan “Bosch”, Fransanın “Accor” otel şəbəkəsi və “Clarins” kimi kosmetik istehsalçısı şirkətləri də Rusiyada fəaliyyətlərini davam etdiriblər.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri