Trampdan bazarları viran edəcək açıqlama: Yenə başladıq!
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı yeni açıqlama verərək, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və boğazdan keçən kommersiya gəmilərindən ödəniş alınacağını bildirib.
Turkustan.az xəbər verir ki, Trampın sözlərinə görə, Hörmüz boğazı İranla və ya İransız açıq qalacaq. O iddia edib ki, tətbiq edilən blokada yalnız İran gəmilərinə və ya İranla əlaqəli daşımalara şamil olunacaq, digər ölkələrin gəmiləri isə boğazdan maneəsiz istifadə edə biləcəklər.
ABŞ prezidenti bildirib ki, Vaşinqton bundan sonra özünü "Hörmüz boğazının keşikçisi" kimi görəcək və bölgədə təhlükəsizliyin təmin olunması üçün çəkilən xərclərin qarşılanması məqsədilə boğazdan daşınan bütün yüklərə görə 20 faiz həcmində ödəniş tətbiq ediləcək.
Tramp əlavə edib ki, bu qərarın icrasına dərhal başlanılacaq.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:103
Bu xəbər 13 İyul 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















