Icma.az
close
up
RU
Yeməkdən əvvəl su içək, yoxsa... DİETOLOQ CAVABLANDIRIR

Yeməkdən əvvəl su içək, yoxsa... DİETOLOQ CAVABLANDIRIR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bir çox dietoloqlar hazırda insanların ən çox narahatlıq yaşadığı artıq çəki ilə bağlı problemləri aradan qaldırmaq üçün su içməyi tövsiyə edirlər.

Bəzi ekspertlər deyir ki, arıqlamaq istəyirsinizsə, yeməkdən əvvəl 2- 3 stəkan su içmək lazımdır. Bu, aclıq hissini azladır. Bəziləri isə yemək yeyərkən su içilərsə, həzm sisteminin yaxşı işləmədiyini deyirlər. Hətta gündə ən az 3 litr su içmək vacibdir deyənlər də var. Bu siyahını uzatmaq da olar, amma bildirək ki, su ilə bağlı o qədər ziddiyyətli fikirlər mövcuddur ki, insanlar da sözün əsl mənasında çaş-baş qalıblar. Bilmək olmur ki, suyu çox içmək lazımdır, yoxsa az...

Türkiyəli dietoloq Fevzi Özgönülün su ilə bağlı bilməyiniz vacib olan məsləhətlərini diqqətinizə çatdırırıq: "Yeməyin əvvəlində, ortasında və ya sonunda istədiyiniz qədər su içə bilərsiniz. Lakin çox susadım deyə yeməkdən əvvəl çox su içmək də yaxşı bir hal deyil. Yemək bir insan üçün nə dərəcədə əhəmiyyətlidirsə, maye qəbul etmək də onun qədər, hətta daha çox əhəmiyyətlidir. Bədənimizin yüzdə altmışı sudan ibarətdir. Bu səbəblə orqanizmimizin suya əslində olduqca çox ehtiyacı var. Bu səbəblə susayırıq və su içmək istəyirik.

Susuzluğumuzu hiss etmiriksə, deməli, biz əslində başqa içkiləri çox içdiyimiz üçün bədənimizin su istəyini pərdələmiş oluruq. Bu isə xoş bir hal deyil. Əvvəlcə su yerinə keçən içkiləri azaldıb susamağa başlamalıyıq. Çünki susama hiss etdiyimiz anda hər cür problemi həll edə bilərik. Bunu etmək əslində bədən ağılını istifadə etməkdir. Bədən ağlını istifadə etdiyimizdə də digər canlıların etdiyi kimi, doğru zamanı hiss edə bilərik".

F.Özgönül su ilə bağlı 3 nüansı vurğulayır: "Susamadınızsa, 2-3 stəkan su içib süfrəyə oturmayın. O zaman yemək yeyib bədəninizi gücləndirə bilməzsiniz. Susadınızsa, su içməyə diqqət edin, yemək əsnasında içəcəyiniz meyvə suyu, mineral sular və kolalı içkilər iştahınızı bağlayıb həzminizi poza bilər. Əgər su istəyiniz varsa, su içməmək üçün heç bir səbəb görə bilmirəm".

Milli.az

/

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Oktyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri