Icma.az
close
up
RU
Trampdan Putinə gözlənilməz ağır zərbə

Trampdan Putinə gözlənilməz ağır zərbə

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Donald Tramp ABŞ-İsrail-İran müharibəsi dövründə Rusiya neftinə aradan qaldırdığı sanksiyanı yenidən bərpa edib.

Ölkə.az “Bloomberg”ə istinadən xəbər verir ki, Tramp administrasiyası gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının qanuni satışına icazə verən müvəqqəti sanksiya güzəşt müddətini  uzatmayıb. Bu tədbirin müddəti 11 aprel şənbə günü başa çatıb. Güzəştlər Yaxın Şərqdə müharibənin başlamasından sonra enerji bazarlarında kəskin pisləşmə fonunda tətbiq edilib. İranın Hörmüz boğazını bağlaması qlobal neft ixracının gündə təxminən 13 milyon barel azalmasına və qiymətlərin barel üçün 100 dollardan yuxarı qalxmasına səbəb olub.
Bu şəraitdə Ağ Ev qlobal xam neft tədarükünü artırmağa çalışaraq, Rusiya və İrana qarşı sanksiyaları müvəqqəti olaraq yumşaltdı.

“The New York Times”in yazdığına görə, İran neftinin satışına qısamüddətli icazə aprelin 19-da başa çatır, lakin ABŞ Maliyyə Nazirliyi artıq onu uzatmaq niyyətində olmadığını bildirib.
Bu arada, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, Rusiyanın 2026-cı ilin mart ayında neft və neft məhsulları ixracından əldə etdiyi gəlir 19 milyard dollara yüksəlib ki, bu da fevral ayı ilə müqayisədə 9,3 milyard dollar və ötən ilin mart ayı ilə müqayisədə 4,8 milyard dollar çoxdur.

Rusiyanın neft ixracı gündə 0,27 milyon barel artaraq 4,6 milyon barelə, neft məhsulları ixracı isə 0,05 milyon barel artaraq 2,5 milyon barelə çatıb. Ümumi neft və neft məhsulları ixracı isə gündə 0,32 milyon barel artaraq 7,1 milyon barelə çatıb.
Rusiyanın neft hasilatı mart ayında gündəlik 0,29 milyon barel artaraq 8,96 milyon barelə çatıb.

Lakin bu, OPEC+ sazişi çərçivəsində Rusiyanın kvotasından 0,61 milyon barel azdır. Nəticədə neft hasiləti gündə 10,32 milyon barelə yüksəlib.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri