Icma.az
close
up
RU
Trampdan iki nəhəngi üz üzə qoyan həmlə: hədəf açıqlandı Yeni plan işə düşür

Trampdan iki nəhəngi üz üzə qoyan həmlə: hədəf açıqlandı Yeni plan işə düşür

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Hindistana gözlənilən səfəri yeni geosiyasi gərginliyin başlanğıcı hesab edilir. Analitiklərin fikrincə, Vaşinqton Yeni Dehlidən Pekinə qarşı qalxan olaraq istifadə edir. Hətta Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ kimi Hindistandan başlayacaq yeni iqtisadi koridorun işə salınacağı bildirilir.

Ağ Ev rəhbərinin Hindistan səfəri bu bölgədə yeni rəqabətin, qarşıdurmanın, konkret olaraq Çin-Hindistan siyasi, hərbi və iqtisadi gərginliyinin əsasını qoya bilərmi?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, uzun illərdir ABŞ Hindistana sərmayə yatırır və onu Çinə qarşı hərbi-strateji müttəfiq kimi formalaşdırmağa çalışır:

“Hazırda da bu siyasətin davamını müşahidə edirik. Bir müddət ABŞ və Çin arasında münasibətlərdə gərginlik yarandı. Bunun əsas səbəblərindən biri ABŞ-ın Hindistandan Rusiya nefti və qazından imtina etməsini tələb etməsi idi. Digəri isə Ağ Evin Hindistan bazarının ölkənin kənd təsərrüfatı məhsulları üçün açılmasını istəməsi oldu. Lakin Narendra Modi hökuməti bu təklifləri qəbul etmədi və nəticədə münasibətlərdə müəyyən soyuqluq yarandı. ABŞ hətta Hindistana əlavə ticarət tarifləri də tətbiq etdi. Bununla belə, Vaşinqton Yeni Dehlini Pekinə qarşı əsas strateji tərəfdaş və balans elementi kimi görür. Hazırda iki “Quad” (dördlük) əməkdaşlıq formatı mövcuddur. Onlardan biri ABŞ, Avstraliya, Yaponiya və Hindistanı, digəri isə ABŞ, Avstraliya, Qətər və Hindistanı birləşdirir. Bu platformalar vasitəsilə ABŞ həm Hind, həm də Sakit okean regionlarında Çinin hərbi və iqtisadi təsirini məhdudlaşdırmağa çalışır”.

Turab Rzayev

Politoloq qeyd edib ki, gələcəkdə ABŞ Hindistana siyasi, iqtisadi və hərbi dəstəyi daha da artacaq:

“Eyni tendensiyanı Əfqanıstan məsələsində də müşahidə etmək mümkündür. ABŞ və Hindistan, Əfqanıstanda Pakistanla münasibətlərin pisləşməsi fonunda birgə fəaliyyət istiqamətində yaxınlaşırlar. Bütün bunlar göstərir ki, Tramp Çinə qarşı strateji balans yaratmaq məqsədilə Hindistanı gücləndirmə xəttini izləyir. Yaxın gələcəkdə Yeni Dehlinin həm iqtisadi, həm də logistik baxımdan Pekinin əsas rəqibi kimi önə çıxacağı, həmçinin Asiya-Avropa marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevriləcəyi ehtimal olunur”.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Prezidenti Donald Tramp növbəti il Baş nazir Narendra Modinin dəvəti ilə Hindistana səfər edəcəyini açıqlayıb. O, Hindistan rəhbərliyinin Rusiyadan neft tədarükünü böyük ölçüdə məhdudlaşdırdığını da xatırladıb.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri