Icma.az
close
up
RU
Trampdan Putinə son HƏMLƏ

Trampdan Putinə son HƏMLƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sürpriz addım atıb. 

Belə ki, Ağ ev rəhbəri Ukraynaya Rusiyaya uzaqmənzilli zərbələr endirməyə icazə verib. Bunu Prezidentin xüsusi elçisi Keyt Kelloq açıqlayıb. Maraqlıdır ki, Tramp Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçilik edir. O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüşün keçirilməsinə çalışıb. Lakin bu danışıqlar effektiv olmadı və sözügedən görüş baş tutmadı. 

Görünür, Tramp da bu səbəbdən Rusiyaya qarşı belə addım ataraq Putini Zelenski ilə görüşə və danışıqlara məcbur etmək istəyir.

Siyasi şərhçi Ülviyyə Zülfiqar “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Tramp Ukraynaya bu icazəni verməklə Rusiyaya təzyiq göstərməyə çalışır: 

“Həmçinin, Rusiyanın son zamanlar Avropanın Şərqinə dron hücumlarından sonra belə qərarın verilməsi diqqət çəkir. Tramp bir növ Avropa İttifaqı və NATO ilə həmfikir olduğunu göstərir. Düzdür, Tramp Rusiya ilə Ukrayna arasında vasitəçilik edir. 

O, Moskva ilə Kiyev arasında vasitəçilik mövqeyində çıxış edərək danışıqlar masasının qurulmasına nail olmaqla özünü sülh təşəbbüskarı kimi təqdim etməyə çalışır. Ukraynanın da hərbi imkanlarını genişləndirməklə Kremlin üstünlük qazanmaması üçün təzyiq imkanlarını gücləndirir”. 

Ekspertin sözlərinə görə, bu, həm Putinə mesaj, həm də Zelenskiyə dəstəyin davam etdiyini göstərmək üçün atılan addımlardan biridir: 

“Tramp Rusiyaya təzyiq göstərməklə yanaşı, Ukraynaya da dəstək verir. İstənilən halda hər iki addımın problemin həllinə yönəldiyini düşünürəm. Çünki bunlar sülhə yönələn təzyiqlərdir. Bu, Rusiyaya masa arxasında güzəştlərə getməsi üçün siqnal kimi qəbul olunmalıdır. Əks halda, daha sərt addımlarla üzləşə bilər”. 

Ülviyyə Zülfiqar hesab edir ki, Trampın Ukraynaya Rusiyanı uzunmənzilli raketlərlə icazə verməsi həm də daxili auditoriyaya hesablanıb: 

“O, ABŞ ictimaiyyətinə həm sülh istəyən lider olduğunu, həm də Rusiyaya qarşı yumşaq davranmadığını göstərir. Əslində, Tramp vasitəçi qismində öz mövqeyini saxlayır, amma müəyyən siyasi və hərbi təzyiqlərlə də Rusiyanı danışıqlar masası arxasına qaytarmaq istəyir. Düşünürəm ki, Trampın bu həmləsi sülh yolunda müsbət nəticə verəcək”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: ABŞ Rusiya Tramp Putin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri