Trampdan İrana sərt mesaj: “Sanksiyaların ləğvi gündəmdə deyil”
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalarında Vaşinqtonun əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib. O, İranın danışıqlar üçün irəli sürdüyü “sanksiyaların ləğvi” tələbini qəbul etmədiklərini deyib.
Sitat.info xəbər verir ki, Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edən Tramp, ABŞ-ın bu məsələdə geri addım atmayacağını vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton üçün prioritet məsələ İranın nüvə imkanlarının məhdudlaşdırılmasıdır.
“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Bu məsələdə qətiyyətliyik” - deyə Tramp bildirib.
ABŞ prezidenti Hörmüz boğazı ilə bağlı da danışıb. O qeyd edib ki, boğaz beynəlxalq sular hesab olunur və heç bir ölkə onu təkbaşına nəzarətdə saxlaya bilməz. Trampın sözlərinə görə, “Hörmüz boğazı hamı üçün açıq qalmalıdır”.
Aytac,
Sitat.info
Baxış sayı:161
Bu xəbər 28 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















