Trampdan iranlılara: Qoyun oynasınlar
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Tramp Oval Ofisdə Prezident fərmanının imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp FİFA Prezidenti Canni İnfantinonun "İran Dünya Çempionatına qatılacaq" şəklindəki açıqlaması ilə bağlı deyib: "Bunu müsbət qiymətləndirirəm. Əgər Canni belə deyibsə, mənim üçün problem yoxdur. Qoyun oynasınlar".
İnfantinonun bu məsələni daha əvvəl ona çatdırdığını qeyd edən Tramp FİFA prezidentinə bu mövzuda istədiyini edə biləcəyini söylədiyini xatırladıb.
Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino İranın 2026-cı il Dünya Çempionatında iştirak edəcəyini və qrup oyunlarını ABŞ-də oynayacağını açıqlamışdı.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə 11 iyun – 19 iyul tarixlərində keçiriləcək 2026-cı il Dünya Çempionatının G qrupunda yer alan İran; Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:141
Bu xəbər 01 May 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















