Azərbaycan Birinci Liqasında bu gün üç oyun keçiriləcək
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında üçüncü turun oyunları davam edəcək.
İdman.Biz xəbər verir ki, turun proqramında üç qarşılaşma yer alıb.
“Şahdağ Qusar” Şamaxıda “Şimal”la üz-üzə gələcək. “Gəncəbasar” səfərdə “Mingəçevir”in qonağı olacaq. “Səbail” isə “Baku Sportinq”lə qarşılaşacaq.
Azərbaycan Birinci Liqası
Üçüncü tur
17 sentyabr (cümə axşamı)
16:30. “Şimal” - “Şahdağ Qusar”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
16:30. “Mingəçevir” - “Gəncəbasar”
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
16:30. “Baku Sportinq” - “Səbail”
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Baku Sportinq Arena”.
Qeyd edək ki, turun açılış matçında “Karvan Yevlax” “Zaqatala”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin liderliyinə yüksəlib.
Baxış sayı:184
Bu xəbər 17 Sentyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















