Icma.az
close
up
RU
Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi”ndə iştirakı üçün müraciət edib və namizədlik uğurla təsdiqlənib.
Bizim.Media xəbər verir ki, AYNA-dan verilən məlumata görə, bununla əlaqədar 16–22 sentyabr tarixlərində paytaxtda davamlı və təhlükəsiz hərəkətliliyin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.
 

Bildirilib ki, tədbirlər çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün interaktiv maarifləndirmə sessiyaları, təhlükəsiz velosiped və skuter sürmə qaydaları üzrə praktiki təlimlər təşkil ediləcək.


Eyni zamanda, əhali üçün velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş praktiki dərslər keçiriləcək. Peşəkar təlimçilər iştirakçılara qaydalara uyğun hərəkət, piyadalara və yol hərəkətinin digər iştirakçılarına hörmət, eləcə də təhlükəsiz davranış prinsiplərini izah edəcəklər.
“Avropa Mobillik Həftəsi” çərçivəsində müxtəlif yaş qruplarından həvəskar və peşəkarların iştirakı ilə genişmiqyaslı veloyürüşün keçirilməsi də planlaşdırılır.
Həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də keçiriləcək “Avtomobilsiz Gün” olacaq.
Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Küçədə yaradılacaq mikromobillik zonasında müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər təşkil olunacaq. Uşaqlar üçün ustad dərsləri, böyüklər üçün isə interaktiv və əyləncəli proqramlar keçiriləcək.
 

Bundan başqa, “Mobillik Dialoqu” panel müzakirəsində dövlət qurumlarının, özəl sektorun nümayəndələri və mütəxəssislər Bakıda mikromobillik infrastrukturunun inkişaf perspektivlərini və şəhər mobilliyinin gələcəyini müzakirə edəcəklər.


AYNA qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi, yol hərəkəti iştirakçılarının təhlükəsizliklə bağlı məlumatlılığının artırılması, daha rahat və dayanıqlı hərəkətlilik imkanlarının genişləndirilməsidir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri